Tibb kollecinin yeni binası
Farmakologiya
Təcrübə
Elmi kitabxana
Mikrobiologiya

İstehsalat təcrübəsi

Kollecdə hər ixtisasa uyğun praktiki dərslər keçirilir.

Təhsil diplomu

Kollecimizi bitirən məzunlara dövlət qeydiyyatından keçmiş diplomlar verilir.

Dövlət İmtahanları

Tədris olunan fənlərə uyğun imtahlar keçirilir.

Zəngin kitabxana

Kollecimizdə tibbi ədəbiyyatlarla zəngin kitabxana fəaliyyət göstərir.

14 noyabr 2018-ci ildə Naxçıvan Tibb Kollecində “Ümumdünya diabet günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Naxçıvan Tibb Kollecinin direktoru, müəllim – tələbə heyəti iştirak etdi.

Tədbirdə kollecin direktoru Sona Məmmədova çıxış edərək “14 Noyabr  Ümumdünya Diabet gününün təsis olunması haqqında çıxış etdi: Hər il dünyada təxminən 1 milyon insanın ölümünə səbəb olan şəkərli diabet ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşahidə olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir. Şəkərli diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilər. Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır. Ümumdünya Səhiyyə Təşkila-tının 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə Şəkərli Diabet «ağır xroniki xəstəlik» kimi səciyyənləndirilib.

Sonra kollecin müəllimi Şəfəq Şükürova çıxış edərək müəllim və tələbələrin nəzərinə çatdırdı ki, 14  noyabr  Ümumdünya  diabet  günün  təsis  olunması  həkim  Frederik  Bantiçin  adı  ilə  bağlıdır. O, 1921-ci  ilin  oktyabrında  öz  tələbəsi  Çarlz  Bestlə  birlikdə  ilk  dəfə  şəkərli  diabet  xəstəliyinin  müalicəsi  üçün  insulin  preparatını  kəşf  etmişdir.14  noyabr  böyük  alimin  doğum  günüdür. Məhz  onun  şərəfinə  Beynəlxalq  Diabet  Federasiyasının  və  Ümumdünya  Səhiyyə  Təşkilatının  (ÜST)  qərarına  əsasən  14  noyabr  1991-ci  ildən  etibarən  Ümumdünya  Diabet  Günü  (ÜDG)  kimi  qeyd  olunur.

          Dünya  Diabet  Gününün  emblemi  olan  mavi  dairə  şəkərli  diabet  ətrafında  hamının  birləşməsini  simvolizə  edir. Hər  il  müxtəlif  şüar  altında  keçirilən  Ümumdünya  Diabet  Gününün  dəyişilməz  amalı  belə  səslənir: “Güc  birlikdədir!”   Qeyd  etmək  lazımdır  ki, şəkərli  diabet  xəstəliyini  təhlükəli  və  problemli  edən  onun  müxtəlif  yaş  həddini  əhatə  etməsi, əhali  ara-sında  geniş  yayılması, ağır  fəsadların  meydana  gəlməsi, böyük  maddi  vəsait  tələb  etməsidir. Xəstəliyin  xoş  gedişatı  üçün, yəni  onun  həyat  tərzinə  çevrilməsi  üçün  düzgün  tibbi  xidmətə , sosial  iqtisadi  qayğıya, normal  psixoloji  duruma  və  bütün  bunları  tənzimləyə  biləcək  hüquqi  bazaya  ehtiyac  var.

          Hazırda  dünyada  500  milyon  insanda  şəkərli  diabet  diaqnozu  qeyd  olunur. Güman  olunur  ki, 50%-i  öz  xəstəliyi  haqqında  məlumatsızdır. Azərbaycanda  da  bu  xəstəlikdə  əziyyət  çəkənləırin  sayı  təxminən  182  min  nəfər  təşkil  edir. Bu  xəstəliyin  yayılma  tempinə  görə  Ümumdünya  Səhiyyə  Təşkilatı  şəkərli  diabet  xəstəliyini  qeyri  infeksion  epidemiya  kimi  dəyərləndirir.

     Bu  proqram  çərçivəsində  respublikada  ilk  dəfə  olaraq  bütün  xəstələrə  özünənəzarət  vasitələri – qlükometrlər  və  test  sistemlər  pulsuz  olaraq  paylanmış  və  onların  dərman  təchizatı  ilə  bağlı  uzun  illər  davam  edən  problem  aradan  qaldırılmışdır. Bununla  əlaqədar  olaraq  şəkərli  diabet  xəstələrinin  aşkar  edilməsi  işi  yaxşılaşmış, qeydiyyata  götürülən  xəstələrin  sayı  2003-cü  illə  müqayisədə  təxminən  3.6  dəfə  artmışdır.

     Həmçinin, görülən  işlərin  nəticəsi  kimi  şəkərli  diabetdən  ölüm  göstəricisi  hər  100 min  nəfərə  21.7-dən 7.5-ə  enmişdir.

 Sonra isə Naxçıvan Tibb Kollecinin  tibb bacısı işi tələbəsi Səyidə Əliyeva çıxışında Şəkərli Diabet haqqında ümumi məlumat verdi: Şəkərli  diabet  haqqında  danışmazdan  əvvəl  insanın  normal  fizioloji  strukturuna  baxmaqda  fayda  var. Orqanizm  ehtiyacı  olan  enerjini  qəbul  etdiyimiz  qidalardan  əldə  edir. Yemək  yedikdən  sonra  qidalar  bağırsaqlarda  parçalanıb, sorularaq  qan  dövranı  vasitəsilə  orqanizmə  yayılır. Enerji  əldə  etmək  üçün  qan  şəkərinin  xüsusilə  əzələ, qaraciyər, yağ, beyin kimi  toxumalar  olmaqla, bütün  orqan  hüceyrələrinə  girməlidir. Qanda  olan  şəkərin  hüceyrələrə  girməsi  insulin  hormonu  vasitəsilə  olur. Insulin  qanda  yoxdursa  və  ya  olduğu  halda  hüceyrələr  tərəfindən  istifadə  olunmuş  qandakı  şəkər  hüceyrələrə  girmədiyi  üçün  toplanır  və  yüksəlməyə  başlayır.

Diabetin  səbəbləri.

  • Genetik  meyl
  • Piylənmə
  • Insulin  ifraz  edən  betta  hüceyrələrin  zədələnməsinə  səbəb  olan  xəstəliklər:pankrestit, mədəaltı vəz  xərçəngi  və  daxili  sekresiya  vəzilərinin  xəstəlikləri.
  • Virus  infeksiyaları: qızılca, su  çiçəyi, qrip, epidemik  hepatit  və  digər  xəstəliklər
  • Sinir  sisteminin  gərginliyi, stress

Yaş  həddi: yaş  hər  10  il  artdıqca  xəstəliyə  tutulma  ehtimalı  da  çoxalır.

Şəkərli  diabetin  aşağıdakı formaları  ayırd  edilir:

I  tip  diabet  insulindən  asılı  diabet  və  ya, cavan  və  arıq  insanların  diabeti. Çox vaxt  40  yaşa  qədər  insanlarda  rast  gəlinir, bu  tip, insulin  çatmazlığı  ilə  əlaqədardır. Ona  görə  də  insulindən  asılı  tip  adlanır.

             II  tip  diabet  və  ya  insulindən  asılı  olmayan  forma  kök  və  yaşlı  insanların  diabeti  də  adlandırma  olar. 40  yaşdan  sonra  yaranır. Bu  tip  diabetdə  insulin  sintez  olunur, lakin  orqanizm  buna  zəif  cavab  verir  və  bədəndə  insulin  çatışmazlığı  yaranır. II  tip  diabetin  səbəblərinə  genetik  meyl, piylənmə  daha  çox  aid  edilir. 60-80%  bu  xəstəlikdən  əziyyət  çəkənlər  artıq  çəkidən  əziyyət  çəkirlər. Bundan  başqa, şəkərli  diabet  müxtəlif  virus  xəstəlikləri, qrip, virus  hepatiti, herpes, o  cümlədən  pankreatit  və  mədaltı  vəzin  şişləri  nəticəsində  də  meydana  çıxa  bilər. Insulin  kifayət  qədər  ifraz  lunur, lakin  orqanizmin  toxumaları  insulinə  qarşı  artıq  həssaslığını  itirmiş  olurlar. Insulinlə  müalicə  bütün  xəstələrə  təyin  olunmur.

Hestasion  diabet: hamiləlik  zamanı  meydana  çıxır  və  çox  vaxt  doğuşdan  sonra  ya  tamamilə  itir  və  ya  yüngülləşmiş  formaya  keçir. Bu  tip  diabetin  yaranmasının  səbəbləri  II  tip  diabetin  yaranma  səbəblərinə  uyğundur. Hestasion  diabetin  rast  gəlmə tezliyi  hamilə  qadınlarda  2-5%  arasında  dəyişir. Doğuşdan  sonra  bu  növ  diabet  tamamilə  aradan  götürülsə də  hamiləlik  zamanı  bu  dölə  və  ananın  sağlamlığına  ciddi  təhlükə  yaradır. Hamiləlik  zamanı  hestasion  diabetin  olması  qadınlarda  II  tip  diabetlə  xəstələnmə  riski  yaradır. Dölə  təsiri  nəticəsində  isə  uşağın  kütləsinin  çox  olması, müxtəlif  eybəcərlik  və  inkişaf  qüsurları  yarada  bilər.

Şəkərli  diabet  bundan  başqa  ağırlaşmalara  da  gətirib  çıxara  bilər. Diabetin  kəskin  ağırlaşmalarına  diabetik  ketoasidoz, hipoqlikemiya, hiperosmolyar  komanı  göstərmək  olar.

             Diabetik  ketoasidoz  dedikdə, lipid  mübadiləsinin  aralıq  məhsullarının  qanda  toplanması  nəticəsində  orqanizmin  ağır  halı  başa  düşülür. Çox  vaxt  yanaşı  gedən  xəstəliklər, ancaq  ən  əsas  infeksion, travma, əməliyyatdan  sonra, düzgün  qidalanmamaq  nəticəsində  meydana  çıxır. Huşun  itirilmsinə  və bəzən  də  orqanizmin  həyati  vacib  funksiyalarınn  pozulmasına  gətirib  çıxarır.

             Hiperqlikemiya  qanda  şəkərin  miqdarının  normadan  artıq  düşməsinə  deyilir, bu  isə öz  növbəsində  şəkəri  salan  preparatlardan  normadan  artıq  istifa-də, adəti  olmayan  fiziki  gərginlik, qidalanmanın  düzgün olmaması  və sərt  spirtli  içki  qəbulu  nəticəsində  yarana  bilər.

             Hiperosmolyar  koma  əsasən, II tip  şəkərli  diabetdən  əziyyət  çəkən  yaşlı  insanlarda  rast  gəlinir  və  çox  vaxt  güclü  susuzluq  nəticəsində  meydana  çıxır. Bu  sindrom  yaranmamışdan  qabaq, poliuriya  (çoxlu  sidiye getmə)  və  polidipsiya  (uzun  müddətli  susuzluq  hissi, xroniki  və  həddən  artıq  suzma)  bir  neçə  gündən  bir  neçə  həftəyə  qədər  müşahidə  oluna  bilər.

Şəkərli  diabet  ciddi  və  təhlükəli  bir  xəstəlikdir. Diabetin  ağırlaşmalarının  qarşısını  almaq  üçün  qanda  şəkərin  miqdarını  normada  saxlamaq  lazımdır.

             Diaqnoz  və  müalicə:  diaqnostika  məlum  simptonlar  əsasında  çətinlik  törətmir. Lakin  dəqiq  diaqnoz  qanda  qlükozanın  miqdarının  dəqiqləşdirilməsi  ilə  qoyulur. Şübhəli  hallarda  qlükoza  tolerant  testi  həyata  keçirilir. Sidik  ana-lizində  isə  aseton  və  şəkərə  qarşı  müsbət  reaksiya  özünü  göstərir. Şəkərli  diabetin  müalicəsi  özündə  pəhriz, dərman  terapiyası, fiziki  yüklənməni  birləşdirir. Britaniya  alimləri  hesab  edirlər  ki, 3 dəqiqəlik  gimnastika  qanda  qlükozanın  miqdarını  normada  saxlayaraq  II  tip  diabetin  yaranmasının  qarşısını  alır. Alimlər  apardıqları  tədqiqat  zamanı  insanların  özlərini  bir  neçə  saat  idmanla  məşğul  olmağa  məcbur  edə  bilmədiklərini  aşkarlayıblar, lakin  belə  məlum  olub  ki, hətta  bir  neçə  dəqiqəlik  hərəkətlər  də  yaxşı  nəticə  verə  bilər. II  tip  şəkərli  diabetlə  yer  üzündə  246  mln  insan  əziyyət  çəkir. Ciddi  dieta  və  uzunmüddətli, daim  fiziki  gimnastika  xəstəliklə  mübarizəyə  kömək  edir. Lakin  bu  metodla  bir  çox  insan  üçün  çətinlik  törədir.

 

 

 

TİBBDƏ BU GÜN

XƏBƏR LENTİ

  aliyev mueum new   nakhchivanaz banner new   imp   turizm banner new 

Bizi sosial şəbəkələrdə izləyin