Tibb kollecinin yeni binası
Farmakologiya
Təcrübə
Elmi kitabxana
Mikrobiologiya

İstehsalat təcrübəsi

Kollecdə hər ixtisasa uyğun praktiki dərslər keçirilir.

Təhsil diplomu

Kollecimizi bitirən məzunlara dövlət qeydiyyatından keçmiş diplomlar verilir.

Dövlət İmtahanları

Tədris olunan fənlərə uyğun imtahlar keçirilir.

Zəngin kitabxana

Kollecimizdə tibbi ədəbiyyatlarla zəngin kitabxana fəaliyyət göstərir.

2000-ci ildən etibarən, Dünya Ürək Federasiyasının təşəbbüsü ilə hər il 29 sentyabr tarixi “Ümumdünya Ürək Günü” olaraq qeyd olunur.

Ümumdünya Ürək Federasiyası 200-ə yaxın üzv təşkilatın birləşmiş icması vasitəsi ilə dünyanın 100-dən çox ölkəsində ürək xəstəliklərinə qarşı mübarizə aparır.

Hər il dünyada 17,5 milyon insan ürək-damar xəstəlikləri səbəbindən ölür. “Ümumdünya Ürək Günü”nün keçirilməsində əsas məqsəd insanları ürək-damar xəstəliklərinin nə dərəcədə təhlükə doğurduğu barədə məlumatlandırmaq və bu xəstəliklərin qarşısının alınması istiqamətində vacib profilaktik tədbirlərin həyata keçirilməsidir. Dünya Ürək Federasiyası “Ümumdünya Ürək Günü”nü hər il fərqli şüarla qeyd edir. Bu il “Həyatına enerji qat!” ("Power Your Life") şüarı seçilmişdir.

Aparılan tədqiqatlara görə ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalması sosial faktorlar, ətraf mühitin təsiri, ekoloji amillər, düzgün qidalanmamaq və son illər artan psixi-emosional gərginliklə birbaşa əlaqəlidir. Ürək-damar xəstəliklərinə ürəyin işemiyası, hipertoniya, ateroskleroz, ürək qüsurları və s. daxildir. Bunlardan ən geniş yayılanı isə ürəyin işemik xəstəliyidir ki, bu da qəfil ölüm, miokard infarktı, ürək ritminin pozulması, ürək çatışmazlığı kimi özünü göstərir.

TİBBDƏ BU GÜN

XƏBƏR LENTİ

  aliyev mueum new   nakhchivanaz banner new   imp   turizm banner new 

Bizi sosial şəbəkələrdə izləyin