Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiə və fövqəladə hallara hazırlıq bölməsinin mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi Azadə Cəfərova, Tibb Kollecinin bütün ixtisasları üzrə 1-ci kurs tələbələri ilə “Məişətdə qaz təsərrüfatı və elektrik cihazlarından təhlükəsiz istifadə qaydaları” mövzusundamaarifləndirici söhbət aparmışdır.
Maarifləndirici söhbətin aparılmasında əsas məqsəd valideyn nəzarətindən kənarda təhsil alan gənc tələbələrin payız-qış mövsümünü təhlükəsiz keçirməsi üçün məişətdə istifadə olunan qaz təsərrüfatı və elektrik cihazlarından düzgün istifadə və istismar qaydalarını öyrətmək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Tibb Kollecinin direktoru Sona Məmmədova müstəqil həyata qədəm qoyan gənc tələbərimizlə bu cür söhbətlərin aparılmasının əhəmiyyətindən danışmış və Fövqəladə Hallar Nazirliyinin əməkdaşına gənc tələbələr və Tibb Kollecinin çoxsaylı kollektivi adından minnətdarlığını bildirmiş, bu cür maarifləndirici söhbətlərin mütəmadi olaraq davam etdirməsinin vacibliyini vurğulamışdır.
Sonra dövlət qulluqçusu Azadə Cəfərova mövsümlə əlaqədar olaraq payız-qış mövsümündə qaz cihazlarının düzgün seçilməsi, quraşdırılması, istifadəsi və istismarı qaydalarının əhəmiyyətini slaydlar vasitəsilə əyani olaraq göstərmiş, xüsusən kirayədə yaşayan tələbələrin bu sahədə daha da diqqətli olmalarını onların nəzərinə çatdırmışdır.
Tədbir kollec rəhbərliyi və tələbələr tərəfindən rəğbətlə qarşılanmış, verilən töhfələr lazımınca qiymətləndirilmişdir.
Sonda iştirakçılara mövzu ilə bağlı videoçarxlar təqdim olunmuş və verilən suallar ətraflı şəkildə cavablandırılmışdır.