Tibb kollecinin yeni binası
Farmakologiya
Təcrübə
Elmi kitabxana
Mikrobiologiya

İstehsalat təcrübəsi

Kollecdə hər ixtisasa uyğun praktiki dərslər keçirilir.

Təhsil diplomu

Kollecimizi bitirən məzunlara dövlət qeydiyyatından keçmiş diplomlar verilir.

Dövlət İmtahanları

Tədris olunan fənlərə uyğun imtahlar keçirilir.

Zəngin kitabxana

Kollecimizdə tibbi ədəbiyyatlarla zəngin kitabxana fəaliyyət göstərir.

                                                                      

 08 Noyabr 2018-ci il tarixdə Naxçıvan Tibb Kollecində müəllim -tələbə heyətinin iştirakı ilə 9 Noyabr  “Bayraq Günü”nə həsr olunmuş tədbir keçirildi.  Tədbirdə ilk öncə Azərbaycan himni səsləndirildi.  Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirdi ki,  Azərbaycan Respublikasının Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Eyni zamanda1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağı Dövlət bayrağı elan etmişdir. Qeyd olunub ki, şanlı bayrağımız Doğma Naxçıvanımızın ən gözəl güşəsində dalğalanır. Baxdıqca qurur, fərəh hissi keçiririk. Bu gün müstəqil və suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız bizim qürur və varlığımızın, milli birliyimizin təcəssümüdür. Onu qorumaq hər  birimizin  müqəddəs borcudur. Təkcə dövlət tədbirlərində deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir. Sevindirici haldır ki, gənclərimizin hamısı bayrağımıza yüksək ehtiram bəsləyir. Biz  müstəqilliyimizin  qədrini  bilməli, onu qoruyub  inkişaf  etdirməliyik.

Tədbirdə Naxçıvan Tibb Kollecinin müəllimləri Pakizə Babayeva və Rəna Vəliyeva çıxış edərək diqqətə çatdırmışlar ki, Bayraq - bir ölkənin dövlət rəmzi olub, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə  salınan dövlət  atributudur.  Bayrağın  üzərindəki  hər rəng və simvol bir məna daşıyır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə  etdiyi  üç  təməl  prinsipini təşkil edən “Türkçülük, islamçılıq  və  müasirlik”  düsturunun  müəllifi   görkəmli  Azərbaycan  mütəfəkkiri  Əli  Bəy Hüseynzadədir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmiş,  Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə qəraralar alınmışdır. Azərbaycan  Respublikasının  dövlət  bayrağından  istifadə   müstəqil  Azərbaycan Respublikası     Konstitusiyasının     23-cü    və    75-ci    maddələri,   “Azərbaycan Respublikasnın  Dövlət  bayrağı  haqqında”  Azərbaycan  Respublikasının Qanunu, eləcə də,  həmin  Qanunla  təsdiq  edilmiş   “ Azərbaycan  Respublikasının  Dövlət bayrağı  haqqında  Əsasnamə”  əsasında  tənzimlənir.  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham   Əliyev Azərbaycanda Dövlət  Bayrağı  Gününün elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, hər  il  9 noyabr Azərbaycanda  Dövlət Bayrağı Günü kimi qeyd edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il avqustun 22-də imzaladığı Sərəncam böyük tarixi əhəmiyyətə malikdir.Həmin ilin noyabrın 17-də Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin istifadəyə verilməsi dövlət atributları təbliği istiqamətində həyata keçirilən tədbirlərin davamıdır. Muxtar respublika rəhbərinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.

     Tədbirin sonunda Naxçıvan Tibb Kollecinin tələbəsi Aytac Mərdanlının hazırladığı video çarx izlənildi.

Tədbirdən sonra Naxçıvan Tibb Kollecinin müəllimi və tələbələri  Bayraq meydanına getmiş və Bayraq Muzeyinə baxış keçirmişlər.

 

 

 

 

 

TİBBDƏ BU GÜN

XƏBƏR LENTİ

  aliyev mueum new   nakhchivanaz banner new   imp   turizm banner new 

Bizi sosial şəbəkələrdə izləyin