Heydər Əliyev Lektoriyası

   Naxçıvan Tibb Kollecində Heydər Əliyev Lektoriyası fəaliyyət göstərir. Lektoriyada Ümumilli Lider Heydər Əliyevin anadan olma tarixindən başlayaraq həyat və yaradıcılığı , keçdiyi yol, əmək fəaliyyəti haqqında bütün məlumatlar lektoriyada öz əksini tapır. Tələbələr Dahi lider haqqında hər bir bilgiyə bu lektoriyada yiyələnə bilirlər. Burada dahi lider haqqında yazılmış kitablar, fotoşəkillər var. Heydər Əliyev Lektoriyasında keçirilən tədbirlərdə tələbələrə dərslərin yaxşı aşılanması və lektoriya iclaslarında sənədli filmlərin nümayişi üçün Elektron lövhə quraşdırılmışdır. . Heydər Əliyev lektoriyasında tədris proqramında nəzərdə tutulmuş Hüquq və Heydər Əliyev dərsləri tədris olunur. Hər bir tələbə lektoriyada Dahi lider haqqında məlumat alır. Tələblərin bu lektoriyada dərs keçmələri onların üzərinə böyük məsuliyyət qoyur. Onlar Dahi lider haqqında bütün məlumatları buradan tapa bilərlər.

View the embedded image gallery online at:
http://ntk.nakhchivan.az/index.php/pages/blog#sigProIda578c1c784

Bizi sosial şəbəkələrdə izləyin