7 aprel - Ümümdünya Sağlamlıq Günüdür

        08.04.2019-cu il tarixdə Naxçıvan Tibb Kollecində “7 aprel Ümumdünya Sağlamlıq Günü”nə həsr olunmuş konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Naxcıvan Tibb Kollecininm direktoru Sona Məmmədova açmışdır. Çıxış edərək bildirmişdir ki,  7 aprel Ümumdünya Sağlamlıq günüdür. 1948-ci ildə Birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək məqsədilə bu günün təsis edilməsi təşəbbüsü ilə çıxış edib. Ümumdünya Sağlamlıq günü 1950-ci ildən başlayaraq hər il aprelin 7-də qeyd edilir. Həmin tarixi andan dünyanın 200-ə yaxın dövləti DST-nin üzvü olub. Dünya Sağlamlıq Günü münasibətilə tədbirlər insanların sağlamlığın çox böyük əhəmiyyət daşıdığını başa düşməsi üçün keçirilir. Dünya Sağlamlıq Günü hər il dünya səhiyyəsi qarşısında duran qlobal problemlərə həsr olunur və müxtəlif devizlər altında keçirilir. DST-nin Avropa Regional Komitəsinin sessiyasının 2011-ci ilin sentyabrında ölkəmizdə də bu gün qeyd olunur.

       Azərbaycanda səhiyyə sahəsində islahatlar mərhələsinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün muxtar respublika səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Belə ki,  səhiyyə sistemindəki köklü dəyişikliklər göz önündədir. Muxtar respublikanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan muxtar respublika rəhbərliyinin diqqət və qayğısı ilə müasir tibb müəssisələri tikilib istifadəyə verilir, köhnə tibb ocaqları yenidən bərpa olunur, onların maddi-texniki bazası yenilənir, səhiyyə sistemi dünyanın ən müasir tibbi texnika və avadanlıqları ilə təmin olunur. Bu illər ərzində yüzlərlə tibb ocağının inşası və ya yenidən qurulub istifadəyə verilməsi səhiyyə sisteminin inkişafına mühüm töhfələrdəndir. Bu, hər şeydən əvvəl dövlətin öz vətəndaşlarının sağlamlığının qeydinə qalması deməkdir. Əhaliyə dünya standartları səviyyəsində tibbi xidmətlər göstərilməsi, insanların sağlamlığının etibarlı mühafizəsi üçün davamlı tədbirlər həyata keçirilir. Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturun təkmilləşdirilməsi sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilir. Muxtar respublikada səhiyyə dövlət siyasətinin prioritet istiqaməti elan edilmiş, əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması isə daim diqqət mərkəzində saxlanılır. 

Tədbirin sonunda Naxçıvan Tibb Kolecinin 57 müalicə qrupunun hazırladığı videoçarxlar izlənilmişdir.

Bizi sosial şəbəkələrdə izləyin