Startaplar ilə bağlı maarifləndirici tədbir

 

Naxçıvan Tibb Kollecində “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” aprelin 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədən irəli gələn məsələlərə dair tədbir olub.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb.
Qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.

      Naxçıvan Tibb Kollecinin müəllimi Leyla Vəliyeva qeyd edib ki, qarşıya qoyulan vəzifə muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır. Belə layihələrin həyata keçirilməsi nəticəsində tələbə komandaları azad sahibkarlığın prinsiplərini öyrənir, öz ideyalarını təcrübədə tətbiq edir və əldə etdikləri bilikləri digərləri ilə bölüşürlər.

Tədbirin sonunda startap lahiyələri haqqında videoçarx izlənib.

 

 

Bizi sosial şəbəkələrdə izləyin