Gənclərdə Büdcə Savadlılığı

   14.05.2019-cu il tarixdə Naxçıvan Tibb Kollecində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərzkəzi "Gənclərdə  Büdcə Savadlılığı" mövzusunda təlim keçirildi.

    Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açıb. Tədbirdə "Tədbirin mahiyyəti və aktuallığı" barədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru i.ü.f.d Sevinc Cabbarova, "Dövlət büdcəsini anlayaq" mövzusunda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin baş məsləhətçisi Ramil Hüseynov, "Tələbə büdcəsinin idarə olunması" mövzusunda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin baş məsləhətçisi Xəlil Vəlizadə tərəfindən slaydlarla çıxışlar olunub. Çıxışlarda tələbələrin maliyyə savadlılığı, tələbə büdcəsinin formalaşdırılması və idarə olunmasının əhəmiyyətindən söz açılıb. Bildirilib ki, maliyyə savadlılığının artırılması sahəsində keçirilən tədbirlərin əsas məqsədi gəlirlərdən daha səmərəli istifadə, xərclərin optimal bölüşdürülməsi, xərcləmələr zamanı düzgün qərarların verilməsi, həmçinin sərbəst vəsaitlərin gəlirli sahələrə investisiya edilməsi kimi vərdiş və bacarıqların formalaşdırılmasından ibarətdir. Həmçinin qeyd olunub ki, büdcə planlaşdırılmırsa, gəlirlər kortəbii şəkildə xərclərə yönəldilirsə, qənaət yoxdursa, israfçılığa yol verilirsə, gəlir çox olsa belə, xərcləmələrin qarşısını almaq mümkün olmur. Bu baxımdan büdcənin planlaşdırılması, əldə olunan gəlirlərin və edilən xərclərin müəyyənləşdirilməsi və bu prosesin mütəmadi davam etdirilməsi maddi problemlərin öhdəsindən gəlinməsinə və əsassız borclanmalara yol verilməməsinə səbəb olur.

    Təlim 2 mərhələli keçirildi. Birinci mərhələ nəzəri hissə, ikinci mərhələ müsabiqə mərhələsi oldu.

    Təlimin sonunda müabiqə mərhələsinin qalibləri mükafatlandırıldı.

 

Bizi sosial şəbəkələrdə izləyin