Beynəlxalq Həkim Günü

              07.10 2019- cu il tarixdə Naxçıvan Tibb Kollecində “Beynəlxalq Həkim Günü” ilə əlaqədar tədbir keşirilmiş,  tədbirdə kollecinin müəllim və tələbə kollektivi iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan kollecin direktoru S.Məmmədova çıxış edərək bildirmişdir ki, hər il oktyabr ayının birinci həftəsinin birinci günü dünyanın bir çox ölkələrində “Beynəlxalq həkim günü” kimi qeyd olunur. Bu gün dünya həkimlərinin həmrəylik və aktiv fəaliyyətlər günü hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və “Sərhədsiz həkimlər” beynəlxalq tibbi-humanitar təşkilatı bu bayramın təşəbbüskarları kimi çıxış etmişlər. S. Məmmədova qeyd etmişdir ki,  “Beynəlxalq həkim günü” muxtar respublikamızda da qeyd olunur və  muxtar respublikanın fəxr etdiyi sosial sahələrdən biri də onun qabaqcıl səhiyyəsidir. Bu gün muxtar respublika səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Belə ki,  səhiyyə sistemindəki köklü dəyişikliklər göz önündədir. Muxtar respublikanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan muxtar respublika rəhbərliyinin diqqət və qayğısı ilə müasir tibb müəssisələri tikilib istifadəyə verilir, köhnə tibb ocaqları yenidən bərpa olunur, onların maddi-texniki bazası yenilənir, səhiyyə sistemi dünyanın ən müasir tibbi texnika və avadanlıqları ilə təmin olunur. İxtisaslı kadrların hazırlanması, əhali arasında yoluxucu xəstəliklərin profilaktikası, ana və uşaqların, ahıl vətəndaşların mühafizəsi prioritet məsələyə çevrilmişdir.  Bu illər ərzində yüzlərlə tibb ocağının inşası və ya yenidən qurulub istifadəyə verilməsi səhiyyə sisteminin inkişafına mühüm töhfələrdəndir. Bu, hər şeydən əvvəl dövlətin öz vətəndaşlarının sağlamlığının qeydinə qalması deməkdir.

           Sonra kollecin metodisti  S.Şahverdiyeva Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin  “Tibb işçilərinin etik davranış qaydaları haqqında”  12 iyul 2019-cu il tarixli 257 saylı əmri ilə müəllim və tələbələri məlumatlandırmışdır.

          Sonda kollecin müəllimi N.Səfərova “Tibbi deontologiya” mövzusunda çıxış etmişdir.

Bizi sosial şəbəkələrdə izləyin