Maarifləndirici tədbir

08 oktyabr 2019-cu il tarixdə Naxçıvan Tibb Kollecində mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici keçirilmiş,  tədbirdə Naxçıvan Tibb Kollecinin müəllimləri və  1-ci kurs tələbələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə kollecin direktoru S.Məmmədova açaraq bildirmişdir ki, tədbirin əsas məqsədi Naxçıvan Tibb Kollecində mülki müdafiə hazırlığının təşkilinə və tədbirlərin keçirilməsinə diqqəti artırmaq, kollecin vəzifəli şəxsləri tərəfindən mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması sahəsində müəyyən olunmuş qaydaların yerinə yetirilməsinə nail olmaq, kollecin xüsusilə 1-ci kurs tələbələrinə və müəlllimlərinə fövqəladə hallar zamanı ilk yardım və qarşılıqlı yardım məsələləri, həmçinin dəm qazının yaranma səbəbləri və ondan mühafizə üsulları barədə məlumat verilməsidir.

          Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiə və fövqəladə hallara hazırlıq bölməsinin mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi dövlət qulluqçusu Cəfarova Azadə Bəhlul qızı "Orta ixtisas məktəblərində mülki müdafiə işinin təşkilinə və mülki müdafiə dərslərinin keçirilməsinə qoyulan müasir tələblər, fövqaladə hallara hazırlığın əsas predmentləri" mövzusunda tələbələri məlumatlandırmışdır.

          Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiə və fövqəladə hallara hazırlıq bölməsinin əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi dövlət qulluqçusu Qafarov Əbülfəz Rəhim oğlu "Kolleclərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi, dəm qazı və onlardan qorunma yolları" mövzusunda çıxış etmişdir.

Tədbirin sonunda tələbələrin sualları cavablandırıldı və tədbirə aid slaydlar və videomateriallar təqdim edilmişdir.

Bizi sosial şəbəkələrdə izləyin