Naxçıvan Tibb Kollecində Maarifləndirici tədbir

21 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılğı ilə Naxçıvan Tibb Kollecində “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi məsələləri diqqət mərkəzində saxlanılır. Təhsil müəssisələrində elektrik qızdırıcı cihazlarından istafadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

          Tədbiri giriş sözü ilə Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova açaraq bu cür maarifləndirici tədbirlərin keçirilməsi təhsil müəssisələrində çalışan müəllimlər, texniki işçilər və eləcədə təhsil alan tələbələr üçün vacib olduğunu vurğulamış və təhsil ocağında yanğın təhlükəsizliyi məsələləri daim diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir.

          Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Yanğın Nəzarəti və Yanğından Mühafizə işinin Təşkili bölməsinin rəisi daxili xidmət mayoru Mirtaleh Seyidov öz çıxışında Fövqəladə Hallar Nazirliyi tərəfindən Muxtar Respublikanın ali və ümumtəhsil tam orta məktəblərində yanğın təhlükəsizliyinin təşkili diqqət mərkəzində saxlanıldığını, yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl oluması, yanğın hadisəsi zamanı davranış qaydaları, müəllim və şagirdlərə insanların və əmlakın təxliyə olunması, təhlükəsiziliyin təmin edilməsi istiqamətində məlumat vermişdir. Məruzə ətrafında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi  İdarəsinin Dövlət Yanğn Nəzarəti bölməsinin rəisi daxili xidmət kapitanı Etibar Məmmədov təhsil müəssisələrində mövcud olan yanğınsöndürmə vasitələrindən istifadə qaydaları , təhsil müəssisələrinə məxsus inzibati binaların , ərazilərin saxlanılması, elektrik , laboratoriya və kompüter otaqlarına olan yanğın təhlükəsizliyi tələbləri eləcə də yaradılmış  könüllü yanğın dəstəsinin fəaliyyəti və rolu haqqında iştirakçılara ətraflı məlumat vermişdir.

          Tədbir müddətində iştirakçılar tərəfindən verilən suallara aydınlıq gətirilmiş, “Yanğın təhlükəsizliyi və qaz cihazlarından istifadə qaydaları”  ilə bağlı videoçarx və slaydlar təqdim olunmuşdur.

Bizi sosial şəbəkələrdə izləyin