1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

 

29.11.2019-cu il tarixdə Naxçıvan Tibb Kollecində  “1 dekabr Ümümdünya QİÇSlə mübarizə Günüdür” mövzusunda maarifləndirici tədbir keçirildi.

Tədbir giriş sözü ilə kollecin direktoru S.Məmmədova çıxış edərək bildirmişdir ki, Hər il dekabr ayının 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. QİÇS-lə Mübarizə Gününün məqsədi dünya ictimaiyyətinin diqqətini bu problemin həllinə cəlb etməkdən, insanları maarifləndirməkdən ibarətdir. XXI əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromu, adından da göründüyü kimi, insanla doğulan, insana xas xəstəliklərdən deyil.

Qeyd etmişdir ki, Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edir, təbliğat fəaliyyətini günü-gündən gücləndirir, əhali arasında maarifləndirmə tədbirlərini artırır. Bu məqsədlə beynəlxalq təcrübədən də istifadə etməyə çalışır, həmin bəlaya qarşı qeyri-hökumət təşkilatlarının, xüsusilə gənclər birliklərinin səylərini birləşdirməyə çalışır. Məqsəd isə aydındır: insanları başa salmaq, maarifləndirmək yolu ilə onları daha çox real həyata bağlamaq, dağılan və dağıdılan deyil, daha çox qurulan və gözəlləşən dünyanın yanında görmək, yaşamaq və yaratmaq həvəsini, eşqini gücləndirməkdir. Bu yolda hər bir vətəndaş dövlətin, dövlət isə öz vətəndaşının yanında olmalıdır - istər xəstə olsun, istər sağlam.

Sonra Kollecin müəlliməsi C.Sevdimalıyeva “İmmun sitemi haqqında ümumi məlumat” və L.Vəliyeva “HİV virusu haqqında məlumat və qorunma yolları” mövzularında videoçarxlarla çıxış etmişlər.

 

Tədbirin sonunda tələbələrin sualları cavablandırıldı.

 

Bizi sosial şəbəkələrdə izləyin