12 dekabr -Ümumilliliderin Anın Günü

11 dekabr 2019-cu il tarixdə  Naxçıvan  Tibb  Kollecində   “12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri,  kollecin müəllim və tələbə heyəti ümummilli lider, ulu öndər Heydər Əliyevi bir dəqiqəlik sükutla yad edərək başlamışdır.

Tədbirdə  giriş sözü  ilə çıxış edən kollecin direktoru Sona Məmmədova bildirmişdir ki, dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.  O, öz çıxışında  bildirmişdir ki,  bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixində  taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı olmuşdur. Həmçinin qeyd etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

    Sonra kollecin müəllimi Rəna Mahmudova “Heydər Əliyev və Azərbaycan” mövzusunda çıxış etmiş, kollecin tələbəsi  Leylan Cəfərova  şeirini səsləndirmişdir.

    Tədbirin sonunda ümummilli lider, ulu öndər Heydər Əliyevə həsr olunmuş videoçarx izlənilmişdir.

 

 

Bizi sosial şəbəkələrdə izləyin