15-ci Yubiley Seminarı

 

14 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Müasir Stomatologiyada modernləşməyə gedən yollar” mövzusunda 15-ci Yubiley seminarı keçirilmişdir. Seminarda  kollecin müəllim və “Ortopedik stomatologiyaˮ ixtisasının tələbələri iştirak etmişdir.

    Seminarın  açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, muxtar respublikada səhiyyə sahəsinin inkişafı daim diqqət mərkəzində saxlanılır.  Naxçıvanda belə konfransların keçirilməsinin artıq ənənə halı aldığını bildirən nazir qeyd edib ki, tibbin müxtəlif sahələrində fəaliyyət göstərən yüksəkixtisaslı həkimlərin muxtar respublikaya dəvət olunması, onların həkimlərlə fikir mübadiləsi və birgə cərrahi əməliyyatların aparılması təcrübə mübadiləsi baxımından çox əhəmiyyətlidir. Çıxışının sonunda nazir konfransın işinə uğurlar arzulayıb.

   Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların imzalanması, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksəkixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi Naxçıvan Muxtar Respublikasında təhsilin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsinə təkan verir.

     Sonra t.ü.f.d. Cabbar Həsənov “Müasir stomatologiyada implantologiyanın yeri və rolu”, Dr.Vüsal Tahirov “ Stomatoloji binokularlar-gündəlik praktikada vacibliyi”, Dr.Vüqar Pənahov “Diastema bağlanmasının restorativ həll yolu”, Dr. Mehdi  Qasımov “Endodontiyada irriqasiya, irriqant mayelər və onların təsir effektləri”, Dr .Cahid Məmmədov “Retension ağıl dişlərinə müasir yanaşma”, t.ü.f.d. Hüseyn Hüseynzadə “İmplantiyasiyada “All  on four” texnikası”, t.ü.f.d . Elçin Abbasov “İmplant dəstəkli çıxan və hibrid protezlər”, Rəşad Xəlilov “Ortodontik anomaliyaların müalicəsində mikroimplantların tətbiqi. Köpək və azı dişlərinin distalizasiyası”, Dr.Vüqar Qasımov “Kompressiv və pteriqoid implantların sonsuz imkanları” mövzularında  çıxış etmişlər.

   Sonra içtirakçıların verdiyi suallar cavablandırlmışdır.

   Seminarın sonunda həkim-stomatoloqlar seminarın keçirilməsinə göstərilən dəstəyə görə minnətdarlıqlarını bildirmişlər.

Bizi sosial şəbəkələrdə izləyin