20 Yanvar

17.01.2020-ci il tarixdə Naxçıvan Tibb Kollecində “20 Yanvar” günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri,  kollecin müəllim və tələbə heyəti şəhidləri bir dəqiqəlik sükutla yad edərək başlamışdır.

          Tədbirdə  giriş sözü  ilə çıxış edən kollecin direktoru Sona Məmmədova bildirmişdir ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanı n təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görülməmiş faciəyə gətirib çıxardı.Həmin faciəli günlərdə öz ölkəsinin,xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. 

Həmçinin o, qeyd etmişdir ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməmişdir. Həmin dəhşətli gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edir.

Sonra kollecin müəllimi Rəna Mahmudova “20 Yanvar faciəsi” , Nərmin Mahmudova “20 Yanvar – Ümumxalq Hüzn Günü” mövzusunda çıxış etmiş, kollecin tələbəsi Leylan Cəfərova “20 Yanvar” şeirini səsləndirmişdir.

Tədbirin sonunda kollecin müəllim və tələbə heyəti “20 Yanvar”  günü üçün həsr olunmuş guşəyə  baxmışlar.

Bizi sosial şəbəkələrdə izləyin