1 mart Ümumdünya Mülki Müdafiə günü

27.02.2020-ci il tarixdə Naxçıvan Tibb Kollecində  Naxçıvan Muxtar Respublikası Fövqaladə Hallar Nazirliyinin əməkdaşı Azadə Cəfərova tələblərlə görüş keçirmiş “1 mart Ümumdünya Mülki müdafiə günüdür” mövzusunda çıxış etmişdir. Çıxışında Fövqalədə Hallar Nazirliyinin əhəmiyyətindən bəhs etmişdir.

Bildirmişdir ki, Təşkilatın vəzifələri həm müasir mühəribələrin, həm də əmin–amanlıq dövründəki güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin ehtimal olunan xarakterindən irəli gəlir. Belə ki, əhalinin mühafizəsi - Mülki Müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə adamların mühafizə qurğularında daldalandırılması, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir. Həmçinin o, rəhbərliyin diqqət və qayğısı sayəsində əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində FHN tərəfindən mütəmadi olaraq lazimi tədbirlər görüldüyünü vurğulamışdır.

O qeyd etmişdir ki, bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.

Bizi sosial şəbəkələrdə izləyin