Tarixə ekskursiya

Gənclərin Naxçıvanın tarixinə  və dahi  şəxsiyyətlərinə aid ekponatların əks olunduğu muzeylərlə daha yaxından tanışlığın təmin edilməsi, onlarda vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi məqsədi ilə 22 aprel 2021-ci il tarixdə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkil etdiyi “Tarixə ekskursiya” adlı layihə həyata keçilmişdir. Layihənin proqramına əsasən  Azərbaycanın digər bölgələrindən olan və muxtar respublikada təhsil alan tələbələr üçün muzey gəzintisi təşkil olunmuşdur. Tələbələr Naxçıvan şəhərindəki Heydər Əliyev  Muzeyi, Xalça Muzeyi, Cəmşid Naxçıvanskinin Ev Muzeyi, Milli Dəyərlər Muzeyində olmuşlar.  Bələdçilər tərəfindən muzeylərin yaradılma tarixi, aid olduğu şəxsiyyətlərin həyat fəaliyyəti, nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verilmişdir.

Ekskursiya bitdikdən sonra Naxçıvan Tibb Kollecində həmin tələbələr arasında “Nə?, Harada?,  Nə zaman?” İntellektual oyunu keçirilmişdir.


 

 
 

Bizi sosial şəbəkələrdə izləyin