Atletika Yarış

 

23 aprel 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan Tibb Kolleci və Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək” devizi altında Naxçıvan Tibb Kollecinin oğlan və qız tələbələri arasında atletika növləri üzrə birincilik yarışı keçirilmişdir.

Yarışın məqsədi Naxçıvan Muxtar Respublikasında yeniyetmə və gəncləri atletika idman növünə cəlb etmək, Naxçıvan Tibb Kollecinin oğlan və qız tələbələri arasında atletika idman növünü inkişaf etdirmək və kütləviliyinə nail olmaq və həmçinin  kollecin oğlan və qız tələblərindən ibarət atletika idman növü üzrə yığma komandanın tərkibini müəyyənləşdirməkdir.

Yarışın sonunda qalib olan tələbələr Naxçıvan Tibb Kollecinin və Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının diplomları ilə mükafatlandırılmışdır.

Bizi sosial şəbəkələrdə izləyin