Kitab müzakirəsi

 

    Naxçıvan Tibb Kollecinin kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilən və gənc nəsildə vətənpərvərliyin, milli kökə bağlılığın formalaşmasına xidmət edən  “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil edilən amerika ədəbiyyatının görkəmli yazıçısı Ernest  Heminqueyin “Qoca və Dəniz” əsərinin müzakirəsi keçirilmişdir.  Tədbiri giriş sözü ilə açan kollecin kitabxana müdiri Leyla Əliyeva bildirmişdir ki, gənclərin dünyagörüşünün formalaşması, intellekt səviyyəsinin yüksəldilməsi, bilik və bacarığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, həmçinin vətənə, cəmiyyətə layiq əsl vətəndaş kimi yetişməsində “Oxunması zəruri olan kitablar”ın  mühüm rolu var. O, qeyd etmişdir ki, XX əsr Nobel mükafatı laureatı Ernest Heminqueyin “Qoca və Dəniz” povesti yazçının yaradıcılığında mühüm yer tutatn dəyərli əsərlərdəndir. Əsər dünya ədəbiyyatında kiçik həcmli şedevr kimi məşhurdur. Bu povest həyat hadisələrini, insanların qəlb dünyasını, heyrətamiz reallıqla əks etdirən misilsiz bir sənət əsəridir. Əsərdə göstərilir  ki, insan ən ağır məhrumiyyətlərə düçar olanda, çəkdiyi bütün zəhmətlər hədər gedəndən sonra belə öz heyrətamiz həyat eşqini qoruyub saxlaya bilir. “İnsan övladı məğlubiyyət üçün yaranmayıb; insanı məhv etmək olar, lakin onu məğlub etmək mümkünsüzdür” qənaətini təsdiqləyir. İnsan qarşısına qoyduğu məqsədə çatmaq üçün daim mübarizə aparmalıdır, güc, inam, qətiyyət insanın məğlubedilməzliyini göstərir. Əsər bir çox yazıçı və ədəbi tənqidçi tərəfindən Heminqueyin yaradıcılığının zirvəsi kimi qiymətləndirirlir.

    Sonra kollecin tələbələri Aygün Musayeva “Yazıçının həyat və yaradıcılığı”, Vəfa Orucova “Qoca və Dəniz əsəri haqqında ümumi məlumat”, Mirvari Rüstəmova və Özləm Əliyeva “Əsərin qısa məzmunu haqqında”, Günay Zeyniyeva “Qoca və Dəniz əsərinin təhlili” mövzularında çıxış etmişlər.

Bizi sosial şəbəkələrdə izləyin