Balaca Şahzadə

27 may 2021-ci il tarixdə Naxçıvan Tibb Kollecinin kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilən və gənc nəsildə vətənpərvərliyin, milli kökə bağlılığın formalaşmasına xidmət edən  “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil edilən fransız ədəbiyyatının görkəmli şair, yazıçı Antuan de Sent Ekzüperinin “Balaca Şahzadə” əsərinin müzakirəsi keçirilmişdir.  Tədbiri giriş sözü ilə açan kollecin kitabxana müdiri Leyla Əliyeva bildirmişdir ki, gənclərin dünyagörüşünün formalaşması, intellekt səviyyəsinin yüksəldilməsi, bilik və bacarığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, həmçinin vətənə, cəmiyyətə layiq əsl vətəndaş kimi yetişməsində “Oxunması zəruri olan kitablar”ın  mühüm rolu var. O, qeyd etmişdir ki, bu əsər yazıçının yaradıcılığında mühüm yer tutatn dəyərli əsərlərdəndir. Bu gün, A.S.Ekzüperinin “Balaca Şahzadə” əsərinin uşaqlar, böyüklər eyni həvəslə oxuyur. Əsərdə balaca şahzadənin gözü ilə böyüklərin, yetkin insanların həyatı, düşüncələri, həyat fəlsəfələri, insanlıq mövzularına toxunulur. Əsərdəki personajlar oxucuya dərin mənası olan fəlsəfi mesajlar verir. Bu əsərdəki qəhrəmanların başlıca məqsədi, dəyişik səbəblərdən insanlar arasında qırılmış əlaqələri bərpa etməkdir.

 Bu əsərdə onlar sübut etməyə çalışırlar ki, insan bəşəriyyətdən ayrı yaşıya bilməz. İnsana- insan nəfəsi, insan yaxınlığı, insan doğmalığı gərəkdir. Bildirilir ki, insan həmrəyliyi bizim gücümüzü artırır, ən ağır çətinlikləri dəf etməyə imkan verir. Balaca şahzadə özü əslində yazıçının daxili nikbinliyindən doğmuşdur. Əsərdəki  qəhrəman humanizmin simvoludur, dost yolunda hər cür əziyyətə dözməyə hazır bir obrazdır. Ekzüperi əsərlərinin birində deyilir ki, dünyanı ləyaqət xilas edə bilər. Dünyanın xilas yolu ancaq rəhmli, mərhəmətli olmaqla yaradılmışların hamısına, insanların daxili dünyalarına hörmət edilməsindədir. Bu ibrətamiz nağıl yazıçının uşaqlıq xatirlərində ibarətdir. Yazıçın əsərləri birdaha sübut edir ki, humanizm böyük ədəbiyyatın mayası olaraq qalmaqdadır.

    Sonra kollecin tələbələri Aygün Musayeva “Yazıçının həyat və yaradıcılığı”, Hüseyn Bədəlov “Yzıçın ayrı ayrı əsərləri haqqında”, Özləm Əliyeva, Vəfa Orucova, Könül Tağıyeva “Balaca Şahzadə əsərinin qısa məzmunu haqqında”, Mirvari Rüstəmova “Əsərdən yaddaşımıza həkk olunan bəzi məqamlar” , Günay Zeyniyeva  “Əsərin təhlili” mövzularında çıxış etmişlər.

Bizi sosial şəbəkələrdə izləyin