Planetimiz, sağlamlığımız

    Tədbirdə kollecin direktoru Sona Məmmədova giriş sözü ilə çıxış edərək bildirmişdir ki, Ümumdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığın qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir. 1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir. Həmin gün ictimaiyyətin diqqəti Dünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunur və müxtəlif şüarlar altında keçirilir: "Fəallıq uzun ömür yaşamağa aparan yoldur", "Hamiləlik həyatda xüsusi hadisədir. Onu təhlükəsiz edək", " Sağlamlığı iqlim dəyişikliklərindən qoruyaq", "1000 şəhər – 1000 həyat" və s. olub. Qeyd edək ki, 2014- cü ildə həmin gün “Kiçik sancma böyük təhlükə mənbəyidir”, 2015-ci ildə ”Qida məhsullarının təhlükəsizliyi”, 2016-cı ildə “Diabetə qalib gələk”, “Depressiya: gəlin danışaq” şüarları altında keçirilib.   Bu ilki Sağlamlıq Günü  2022-ci il aprelin 7-də Ümumdünya Sağlamlıq Günü ÜST-nin təşəbbüsü ilə “Planetimiz, sağlamlığımız” devizi altında keçirilir. Ümumdünya Sağlamlıq Günü muxtar respublikamızda da qeyd olunur. Muxtar Respublikanın fəxr etdiyi sosial sahələrdən biri də onun qabaqcıl səhiyyəsidir. Muxtar respublika əhalisinə xəstəxanalar, mərkəzlər, dispanserlər, poliklinikalar, ambulatoriyalar, feldşer-mama məntəqələri tərəfindən vaxtında və ixtisaslaşmış tibbi xidmət göstərilir. Bu gün muxtar respublika səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Belə ki,  səhiyyə sistemindəki köklü dəyişikliklər göz önündədir. Muxtar respublikanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan muxtar respublika rəhbərliyinin diqqət və qayğısı ilə müasir tibb müəssisələri tikilib istifadəyə verilir, köhnə tibb ocaqları yenidən bərpa olunur, onların maddi-texniki bazası yenilənir, səhiyyə sistemi dünyanın ən müasir tibbi texnika və avadanlıqları ilə təmin olunur. İxtisaslı kadrların hazırlanması, əhali arasında yoluxucu xəstəliklərin profilaktikası, ana və uşaqların, ahıl vətəndaşların mühafizəsi prioritet məsələyə çevrilmişdir.

            Sonra kollecin müəllimi Səfərova Nigar sağlamlıq gününün mahiyyət və önəmi haqqında geniş məlumat vermişdir.

Bizi sosial şəbəkələrdə izləyin