Talasemiya 2022

Tədbirdə kollecin direktoru Sona Məmmədova çıxış edərək bildirmişdir ki, hər il aprelin 17-si Ümumdünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə Ümumdünya Hemofiliya Günü kimi qeyd edilir.Hemofiliya valideynlərin genləri ilə ötürülən nadir anadangəlmə xəstəlikdir. Bu xəstəliyə başqalarından yoluxma mümkün deyil. Hemofiliyalı xəstələrin qanında laxtalanma faktoru çatışmadığından onlarda qanaxma sağlam insanlara nisbətən daha uzun müddət davam edir. Hemofiliyaya bəzən ailələrində bu xəstəlik olmayan insanlarda da rast gəlinir. Bu zaman xəstəliyə insanın öz genlərindəki dəyişikliklər səbəb olur. Hemofiliya ilə yalnız kişilər xəstələnir, genin ötürücüləri isə qüsurlu genin daşıyıcısı qadınlar olur.

Qeyd edək ki, Ümumdünya Hemofiliya günü Ümumdünya Səhiyyə Təşkilatının və Ümumdünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə təsis olunub. Bu günün qeyd olunmasında məqsəd hemofiliyadan əziyyət çəkən insanların hər gün üzləşdiyi problemlərə dünya ictimaiyyətinin, siyasətçilərin və səhiyyə işçilərinin diqqətini cəlb etmək, bu barədə onların məlumatını artırmaqdır.Hemofiliya gününün tarixi də təsadüfən seçilməyib. Belə ki, Ümumdünya Hemofiliya Federasiyasını yaratmış Frenk Şnaybelə hörmət əlaməti olaraq, onun ad günü – aprelin 17-si Ümumdünya Hemofiliya günü kimi qeyd edilir.

Bir sözlə, Azərbaycanda və Muxtar Respublikada  hemofiliyalı xəstələr dövlət qayğısı ilə əhatə olunmuşlar. Problemə dövlət səviyyəsində həssas münasibət və xüsusi diqqət vardır. Qətiyyətlə söyləmək olar ki, bu sahə ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər əhalinin daha sağlam gələcəyinə hesablanmışdır.

Sonra Sona həkim slaytlarla çıxış edərək xəstəlik haqqıda geniş məlumat vermişdir.

Bizi sosial şəbəkələrdə izləyin