İLK YARDIM SEMİNARI

5-29 aprel 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Tibb Kollecinin  tələbələrindən ibaarət “İlk yardım könüllüləri” Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərində şagirdlərə hər hansı bədbəxt hadisə və ya həyat üçün təhlükə yaradan vəziyyətlərdə ( qanaxmalar,siniq-çixiqlar, burxulmalar, ürəyin qapali masaji, suni tənəffüsün verilməsi, suda boğulma, dəm qazından zəhərlənmə, donvurma, elektirikvurma, günvurma, qapalı məkanda istivurma, kimyəvi və termiki yanıqlar, eplepsiya tutmaları.asfiksiya, həşərat və ilan sancması) həyat xilas etmək və ya vəziyyətin dahada pisləşməsinin qarşısını almaq üçün göstəriləcək ixtisaslı həkim yardımına qədərki ilk yardım qaydalarından bəhs edən təlimlər keçməkdədir.

        Bu günə qədər Naxçıvan şəhər  1,2,3,4.5,6,7,8,9,10,11,12,13,14,15,16 Heydər Əliyev adına tam orta məktəb,Naxçıvan Qızlar Liseyi,Naxçivan Qarnizonu tam orta məktəbı, Şərur şəhər 1 və 2 № -li nömrəli tam orta məktəb, Babək qəsəbə 1 və 2 № -li nömrəli tam orta məktəb, Ordubad şəhər  3 № -li nömrəli  və İnternat məktəbi, Culfa şəhər 2 və 3 № -li nömrəli tam orta məktəb, Qıvraq qəsəbə tam orta məktəbi, Xök kənd tam orta məktəbi, Şahbuz şəhər 1 və 2 № -li nömrəli tam orta məktəb,Sədərək kənd 1 və 2 № -li nömrəli tam orta məktəblərdə tədbirlər keçirmişdir .Tədbirlərə şagirdlərdə cəlb olunmuş,fəal şagirdlər mükafatlandırılmışdır.

Təlim rəsmlərinə baxmaq üçün fotoqalereyaya girin.

Bizi sosial şəbəkələrdə izləyin