26 may ilk tibbi yardim tədbiri

  26 may 2022-ci il tarixidə Naxçivan Tibb Kollecində fövqəladə hallar zamanı ilk tibbi yardım tədbiri keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona  Məmmədova açaraq bildirmişdir. Fövqəladə hallar zamanı  hadisə yerində bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür.İstənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisə və qəfil xəstələnmə vəziyyətlərində tibb işçisi zərərçəkmişlərə ilk yardım göstərməyi bacarmalıdır. Özünü itirmək və bacarıqsızlıq zədələnənlərin vəziyyətini bir qədər də ağırlaşdıra bilər. Ona görə hər kəs həkim gələnə qədər ilk yardım göstərmək qaydalarını öyrənməli və bilməlidir.İlk yardım göstərərkən hadisə yerini diqqətlə nəzərdən keçirmək, şəraiti qiymətləndirmək və elə etmək lazımdır ki, yardım edən özü də zərərli təsirə məruz qalmasın . Zərərçəkmişi düşdüyü əlverişsiz şəraitdən elə ehtiyatla çıxarmaq lazımdır ki, o əlavə travma almasın. Tibb kollecində təhsil alan hər bir tələbə ilk yardımı mükəmməl bilməli , fövqəladə hal zamanı ətrafdakı kütləni düzgün məlumatlandırmalı və yönləndirməlidir.

Bizi sosial şəbəkələrdə izləyin