Elektron xidmətlərin tətbiqinin genişləndirilməsinin əhəmiyyəti

      25 may 2022-ci il tarixdə Naxçıvan Tibb Kollecində “Elektron xidmətlərin tətbiqinin genişləndirilməsinin  əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə kollecin mühasibi Tahir Əliyev çıxış edərək bildirmişdir.Nağdsız ödənişlər nağd pul nişanlarından istifadə etmədən, pul vəsaitlərini bir bang hesabından digər bang hesabına köçürülməsi vasitəsilə həyata keçirilən hesablaşmadır. Nağdsız hesablaşmaların ödəniş kartları,bang köçürmələri,çerklər və.s kimi müxtəlif növləri mövcuddur.Ödəniş kartları ödəniş kartı malların işlərin xidmətlərin dəyərinin ödənilməsi və nağd pulların əldə olunması üçün ödəniş alətidir. Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxarır. Bu da öz növbəsində, vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma şərait yaradır.

Bizi sosial şəbəkələrdə izləyin