![]() |
![]() |
28 aprel 2023-cü il tarixindəNaxçıvanTibbKollecində Zərifə ƏzizqızıƏliyevanın 100 illiyinəhəsrolunmuştədbirkeçirilmişdir.Tədbirdəkollecindirektoru Sona Məmmədova çıxış edərək bildirmişdir. Bu il Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 100 illiyi tamamolmaqdadır. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illikyubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilməsit apşırılıb. Zərifə xanımın bütün mənalı və ibrətamiz həyatı və fəaliyyəti çoxşaxəliliyi ilə fərqlənmiş, başqaları üçün gözəl nümunə olmuşdur. Bu gün anadan olmasının 100 illiyi ərəfəsində loğman-həkimin şərəfli adı, bu bənzərsizinsanınişıqlı obrazı cilalanmış almaz kimi göz önündə canlanır.
Bu məqamda onun sədaqətli və sevimli ömür-gün yoldaşı, Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz və ulu öndərimiz Heydər Əliyevin onun haqqında sidqi-ürəkdən dediyi hikmətli sözlər necə də qürurla səslənir: «Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana gətirib. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın».
Gözəl ana, vəfalıömür-günyoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elmin əəvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim - Zərifə xanım Əliyeva. Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətlərini bəxşetdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, Onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitriist edada malik novator alim, pak və nadir , keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Daha sonra kollecin müəllimləri Zərifə xanım Əliyevanın həyat və yaradıcılığından danışılmış və video çarx izlənmişdir.