H.Əliyev 100 illik yubuleyi açıq dərs

     26 aprel 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sərəncamına əsasən Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar açıq dərslər keçirilir  dərsimizdə kollecin tarix müəllimi Sevdimalıyeva Aynur müəllimÜmummili Lider Heydər Əliyev irsinindən danışaraq bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Bizi sosial şəbəkələrdə izləyin