17 aprel 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar şer müsabiqəsi keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin kitabxana müdiri Leyla Əliyeva açaraq bildirmişdir ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var.Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb ən taleyüklü məqamlarda qalib rolunu oynamışdır.Azərbayzan xalqının Ümummili Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət,qeyri-adi zəka fitri istedad sahibi müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədiyaşar olmuşdur.Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti onun zəngin və çoxşaxəli iris isə xalqımızın milli sərvətidir.Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərmaycanlının şərəfli vəzifəsidir.
Daha sonra kollecin tələbələri Həsənova Zəhra, Qurbanlı Türkay, Tağıyeva Aytac, İsmayılova Nurtac, Yusifova Suqra, Qurbanov Ramiz Ümummili Lider Heydər Əliyevin keçdiyi həyat yolundan danışmış, Ulu Öndər və azad Azərbaycan mövzusunda şerlər səsləndirmişlər.