Naxçıvan Muxtar Respublika Fövqəladə Hallar Nazirliyinin Naxçıvan Tibb Kollecində keçirdiyi maarifləndirmə tədbiri

        Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi 16 noyabr 2018-ci tarixdə Naxçıvan Tibb Kollecində “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yaşayış sahələrində təbii qaz və elektrik enerjisindən istifadə zamanı təhlükəsizlik qaydalıarına əməl olunması və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısınınn alınması” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində əsas məqsədlər:

  1. Təhsil müəsissələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş  tələblərə əməl olunması, yanğın hadisəsi zamanı davranış qaydaları, müəllim və şagirdlərə insanların və əmlakın təxliyə olunması, təhlükəsizliyinin təmin edilməsi istiqamətində əsas tədbirlərin yerinə yetirlməsi qaydalarını öyrətmək.
  2. Təhsil müəsissələrinə məxsus inzibati binaların, ərazilərin saxlanılması, laboratoriya və kompüter otaqlarına olan yanğın təhlükəsizliyi tələbləri, eləcə də yaradılan könüllü yanğın dəstəsinin fəaliyyəti və rolu haqqında tələbələrə məlumat vermək.
  3. Təhsil müəsisələrində mövcud olan yanğınsöndürmə vasitələrindən istifadə qaydları və onların cavabdeh şəxlərə təhkim olunması, eləcə də daima saz vəziyyətdə saxlanılması haqqında məlumat vermək.
  4. Təbii qazdan istifadə zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması məqsədi ilə məlumatlar vermək.
  5. Qış mövsümü dövründə yaşayış evlərində qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunması, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onların qarşısının alınması haqqında tələbələrə məlumat vermək.
  6. Daşınmaz əmlakın icbari siğortası və daşınmaz əmlakın mülki məsuliyyətinin siğortası ilə bağlı tədbir tələbələrə vermək.

        Tədbiri giriş sözü ilə açan Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova tədbirin əhəmiyətindən bəhs etmiş, yanğınların yol açdığı faciələrin qarşısının alınmasında birgə fəaliyyətin vacibliyini vurğulamış, əhalinin sağlamlığının qorunması yolunda  görülən tədbirlər üçün muxtar respublika rəhbərliyinə və Fövqəladə Hallar Nazirliyinə minnətdarlığını bildirmişdir.

      Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti və Yanğından Mühafizə İşinin Təşkili bölməsinin rəisi daxili xidmət mayoru Mirtaleh Seyidov “Təhsil müəsissələrində yanğın təhlükəsizliyinin təşkili diqqət mərkəzində saxlanılması, yanğın təhlükəsizliyi sahəsində işçilərin hüquq və vəzifələri, qaz cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları  və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması” mövzusunda çıxış etmişdir.

      Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin DövlətYanğın Təhlükəsizliyi İdarəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin rəisi daxili xidmət kapitanı Etibar Məmmədov “ Yaşayış evlərində və mənzillərində qaz və elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunması” mövzusunda çıxış etmişdir.

     Çıxışlardan sonra məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunmuşdur.

 

 

 

 

 

Bizi sosial şəbəkələrdə izləyin