Kitabxana

      4789 ədəd kitab fonduna malik olan kollecin kitabxanası müəllimlərə və tələbələrə xidmət göstərir. Kitabxana müdiri, rəhbərlik və müəllim kollektivinin məqsədi

Naxçıvan səhiyyəsi üçün yüksək ixtisaslı peşəkar , insanların sağlamlığının keşiyində duran kadrlar hazırlamaqdır. Bu məqsədlə çalışırıq ki, fəaliyyətimizi günün

tələblərinə uyğun olaraq quraq və təhsilin səmərəliyini artıraq. Bunun üçün kollecin kitabxanasından müəllim və tələbələrin istifadəsi üçün hər cür şərait

yaradılmışdır.Oxu zalından müəllim və tələbələr səmərəli istifadə edirlər. Tələbələr kitabxanadan tibb və səhiyyəyə aid olan kitablardan bəhrələnirlər. Oxucular

müntəzam olaraq imtahanlarına oxu zalından istifadə edib lazım olan ədəbiyyatları götürüb hazırlaşırlar. Tələbələrin elmi-siyası biliklərinin dünya görüşlərinin

artırılması üçün rəhbərlik , metodist və kitabxana müdiri tərəfindən uyğun təqvimdə bir sıra tədbirlər keçirilir. Kitabxanada “Heydər Əliyevin siyasi kursu” adlı,

“Naxçıvan Şərqin qapısı” adlı daimi sərgilər təşkil olunmuşdur.Bundan əlavə vaxtaşırı uyğun təqvimlərdə elmi-konfranslar, seminarlar və görüşlər keçirilir.

       Həmçinin kollecimizdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamına əsasən “Oxunması Zəruri Olan Kitablar” üçün guşə yaradılaraq tələbələrin istifadəsinə verilmişdir.

View the embedded image gallery online at:
http://ntk.nakhchivan.az/library.html#sigProId240585e6da

Bizi sosial şəbəkələrdə izləyin