Səhiyyə sahəsində ixtisasın yeri:Şəhər və rayonların mama-ginekoloji müəssisələrində (qadın məsləhətxanaları, doğum evləri, xəstəxanaların
doğum şöbələrində) hamilə qadın və ginekoloji xəstələrə həkimə qədər müalicə, profilaktik və təxirəsalınmaz tibbi yardım göstərmək üçün mama
və tibb bacısı, kənd yerlərində “feldşer-mama” məntəqələrində orta ixtisas təhsili məntəqə müdiri və tibb işçisi hazırlayır.
“Mamalıq işi” ixtisasının məzunları aşağıdakıları bilməli və bacarmalıdır.
· İşlədiyi əhatə dairəsində hamilə qadınları, xüsusi ilə hamiləlik və doğuş ağırlaşmaları olan qadınları vaxtında aşkar edib həkim nəzərinə çatdırmalıdır.
· Hamiləlik, doğuş, doğuşdan sonrakı dövrlərdə və ondan kənar vaxtlarda qadın xəstəliklərinin aşkar edilməsi və müalicəsində həkimin tam hüquqlu yardımçısı olmalı
· Fəsadlaşmış hamiləlik, yaralanma, qanaxma zəhərlənmələrdə və yenidoğulmuş körpəyə kəskin xəstəliklər zamanı təxirəsalınmaz yardım göstərməyi
· Müayinə üsulu ilə hamiləliyin diaqnozunu qoymağı, hamiləliyin müddətini (ay, həftə) təyin etməyi
· Doğum evlərində yeni doğulmuşların vərəmə və hepatitə qarşı peyvənd edilməsini
· Normal doğuş etməyi, yenidoğulmuşlara birincili və ikicili qulluğu.
· Qadın məsləhətxanası və ginekoloji kabinetlərdə aşkar və gizlin keçən xəstəlikləri, xüsusən xərçəng, AİDS və zöhrəvi xəstəliklərin illik formalarının vaxtında aşkar edilməsini.
· Hamilə və ginekoloji xəstələrdə qan qrupları, hemoqlobin, sidiklə zülalın təyini və fizioterapevtik prosedurları
· Normal doğuş qəbul etməyi , yenidoğulmuşlara birincili və ikincili qulluğu