Tədris

Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan Tibb Kolleci orta ixtisas təhsil mütəxəssislərinin hazırlığını , təkmilləşdirmə prosesini həyata keçirdən tədris müəssisəsidir.

Tədris ili bir qayda olaraq sentyabrın 15-də başlayır  və həmin ixtisasın tədris planına uyğun olaraq başa çatır. Tədris ilinin ümumi davam etmə müddəti 3 ildir. Naxçıvan Tibb Kollecində tədris məşğələlərinin aşağıdakı əsas növləri müəyyənləşdirilir:

  • Mühazirə
  • Seminar
  • Təcrübi məşğələ
  • Laboratoriya
  • Sərbəst iş
  • Tədris istesalat təcrübəsi
  • Diplomönü təcrübə

Naxçıvan Tibb Kollecində dünya standartlarına müvafiq olan dövlət təhsil standartı tətbiq olunur.Dövlət standartları Azərbaycan Respublikası Nazirlər Kabineti Tərəfindən təsdiq olunmuş xüsusi əsasnamə ilə müəyyən edilir və həyata keçirilir.

          Məzunlara orta ixtisas haqqında diplom verilir. 2014-cü ildən Naxçıvan Tibb Kollecində tədris kredit sistemi ilə aparılır.Tələbələrin biliyinin çox ballı sistemlə qiymətləndirilməsi Təhsil Nazirliyinin 231 saylı 20.02.2008-ci il tarixli əmri ilə təsdiq olunmuş  “Əsasnamə”yə uyğun aparılır. Bu sistem tələbələrin tədris dövründə əldə etdikləri biliklərin qiymətləndirilməsinin mövcud sistemini təkmilləşdirmək və onun səmərəliyini artırmaq məqsədi daşıyır. Digər tərəfdən isə bu sistem tələbəyə fərdi yanaşmanı təmin etməklə onun tədris prosesindəki fəaliyyətini əsas istiqamətini əhatə etməyə imkan verir.

Naxçıvan Tibb Kollecinin məzunlarına orta ixtisas təhsili haqqında verilən dövlət sənədi bu stanadart üzrə peşə hazırlığı səviyyəsində və peşə fəaliyyəti dairəsində işləmək və təhsilini dəvam etdirmək imkanı verir. Orta ixtisas təhsilinin peşə təhsili proqramında aşağıdakı fənlər nəzərdə tutulur.

HF - B00  -  Humanitar fənlər

İPF-B00  -  İxtisasın peşə hazırlığı fənləri

İM-B00 - İxtisas modulları

          Naxçıvan Tibb Kollecinin tədris proqramı tədris işləri üzrə direktor müavinin  tədris ilinə aid iş planına əsasən aparılır.Təhsil alanın tələbənin həftəlik yükü 30 saatdır. Bir akademik saat 45 dəqiqədir. Təhsil proqramları Kollecin mütəxəssisləri tərəfindən tərtib edilmişdir. Fənlər üzrə tədris proqramlarında hazır kı stanadartların tələbləri fənnə uyğun elmi sistemli kursunu əhatə edir. Təhsili yüksək səviyyədə keçirilməsi üçün yeni proqramlar kollecin müəllimləri tərəfindən tərtib olunur. Orta ixtisas təhsili istiqamətləri və ixtisası üzrə məzunların biliyinə və hazırlıq səviyyəsinə verilən ümumi tələblər hər bir istiqamət və ixtisas üzrə dövlət standartı ilə müəyyən edilir. Naxçıvan Tibb Kollecinin direktorunun əmri ilə təhsilə başlayan şəxs tələbə adlanır.Naxçıvan Tibb Kollecinin tələbəsi elmin, texnikanın, mədəniyyətin müasir səviyyəsinə uyğun bilik əldə etmək , hər növ tədris məşğələlərində iştirak etmək, kitabxanadan , kabinələrdən, laboratoriyalardan, komputer otaqlarından istifadə etmək hüququna malikdir.  Tələbəyə tələbə bileti və qiymət kitabçası verilir. Naxçıvan Tibb Kollecinin tələbələri təhsilin tələblərini yerinə yetirməyə borcludur. Onlar Nizamnamə tələblərini yerinə yetirməli və daxili qayda-qanuna riayət etməlidirlər.  Naxçıvan Tibb kollecindən xaric etmə, bərpa olma və müxtəlif  köçürmələr  Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalara uyğun həyata keçirilir.

 

Bizi sosial şəbəkələrdə izləyin