Səhiyyə sahəsində ixtisasın yeri: Müalicə profilaktika müəssisələrinin masaj kabinetlərində, fizioterapiya şöbələrində, əlillərin bərpa mərkəzində işləmək
üçün hazırlanır.
“İdman və müalicə masajı” ixtisasının məzunları aşağıdakıları bilməli və bacarmalıdır.
· Tibbi etika və deontologiyanın əsaslarını
· Tibb bacısı işinin nəzəri əsaslarını
· Tibbi və sosial reablitasiyanın əsaslarını
· Sağlamlığın qurulması və xəstəliyin profilaktikası məqsədi ilə klassik masajı bacarmalıdır.
· Ayrı ayrı anatomik nahiyyələrin masajını yerinə yetirməyi
· Klassik masaj və idman masajını bacarmalı
· Müəyyən patologiyaların göstərişində seqmentar birləşdirici toxuma və göstərişlərə görə nöqtəvari və ənənəvi Çin masajını yerinə yetirməyi
· Uşaqların sağlığının möhkəmləndirilməsi və harmonik inkişafı üçün masajı yerinə yetirməyi
· Uşaq xəstəlikləri təcrübəsində müxtəlif patologiyaların müalicəsi və bərpası üçün masaj yerinə yetirməyi
· Xəstəliklərin profilaktikasında sağlamlığın möhkəmlənməsi və qorunması məqsədi ilə müalicəvi bədən tərbiyəsini aparmağı
· Masajın təsirinə qarşı reflektor cavab reaksiyalarını müəyyən etməyi
· Fizoterapevtik proseduralarla dartma , manual terapiya ilə uyğunluq qaydalarını bilməlidir
· Masaj kabinetində sanitar-gigiyenik rejimə riayət olunmasına dair tədbirlərin həyata keçməsini bilməli
· Tibbi sənədləşməni aparmağı, qeydiyyat jurnalına pasient haqqında bilgiləri qeyd etməyi bacarmalıdır