Metodiki iş

Tədris metodik kabinet orta tibb təhsili müəssisəsi üçün tədris planları, fənn  proqramları, tədris metodik ədəbiyyatın hazırlanmasını təşkil edir. Metodik pedaqoji

təcrübəni öyrənir, Muxtar Respublikanın tibb təhsil müəssisələrində tədris metodiki işi kordinasiya edir və onu istiqamətləndirir.

Metodiki kabinetin vəzifələri:

·        Kollecin iş planını,fənn proqramlarının, sillabusların, tələbələrin fərdi tədris  planlarının,dərnək rəhbərlərinin fakultativ məşğələlərinin

         proqramlarının hazırlanmasında köməklik göstərmək

·        Təhsilin humanistləşdirilməsi və tələbələrlə işin təşkili ilə bağlı müəllimlərə metodiki kömək göstərmək

·        Qurupların təşkili,qrupların kompleksləşdirilməsində  kollec rəhbərliyinə köməklik göstərmək

·        Qrup jurnallarının hazırlanmasında tyutorlara metodiki köməklik göstərmək.

·        Gənc müəllimlərə metodiki  köməklik  göstərmək

·        Dərs keyfiyyətinin nəzarətin təşkil edilməsinə Kollektiv tədbirlərin keçirilməsinə metodiki köməklik  göstərmək

·        Fənn kabinələrinin və elektron lövhələrin qaydaya salınmasında və əyani vəsaitlərlə zənginləşdirilməsində metodiki köməklik göstərmək.

·        Tələbə  Gənclər  Təşkilatının fəallarına Muxtar  Respublikada və kollecdə keçirilən idman yarışlarında, müsabiqələrdə, olimpiyadalarda,

         disputlarda iştirakı təşkil etmək. Tələbə Elmi Cəmiyyətinin keçirildiyi elmi praktiki konfransların keçirilməsinə köməklik göstərmək.

 

 

Bizi sosial şəbəkələrdə izləyin