Yeni Azərbaycan Partiyası sınaqlardan çıxmış və şərəfli yol keçmiş, Azərbaycan cəmiyyətində özünəməxsus aparıcı yol tutmuşdur. Xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir zamanda Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zəruriyyətdən yaranmış bir partiyadır. Bu gün Yeni Azərbaycan Partiyası öz mövqeyi istiqaməti ilə seçilir. Azərbaycan xalqının arzu və istəkləri kimi birləşdirici qüvvəyə malik olan Yeni Azərbaycan Partiyasının 1992-ci ildə Naxçıvanda yaranması o dövrə qədərki Azərbaycan mühitində baş verən siyasi proseslərin labüd gerçək və məntiqi nəticəsi idi. Xalqımızın Ümummilli lideri H.Əliyev Azərbaycan gəncliyini milli inkişafın tükənməz mənbəyi hesab edir. Onun üçün de Yeni Azərbaycan Partiyası həmişə Tələbə Gənclər Təşkilatı ilə birgə çalışır. Naxçıvan Muxtar Respublikasında gələcəyimiz olan gənclərin hərtərəfli yetişdirilməsi daim diqqətdə saxlanılır, bununla bağlı lazımı tədbirlər görülür. Bu məqsədlə kollecimizdə dövlətçilik, millilik və vətənpərvərlik mövzusunda həm tədbirlər, konfranslar keçirilir. Naxçıvan Tibb Kollecinin Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının üzvləri Naxçıvan şəhərinin ictimai-siyasi həyatında keçirilən bütün tədbirlərində iştirak edir, verilən tapşırıqların öhdəsindən layiqincə gəlirlər. Naxçıvan Tibb Kolleci Yeni Azərbaycan Partiyası ərazi ilk təşkiltının üzvləri bundan sonrada Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsinə, partiya rəhbərliyinin göstəriş və tövsiyələrinə əməl edəcəkdir. Hər il Kollecin intizamlı və əlaçı tələbələri Yeni Azərbaycan Partiyasına üzv keçirlər.