25 İyun 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinın təşkilatçılığı ilə Saat Meydanı istirahət kompleksində Məzun Günü keçirilmişdir. Tədbirdə kollecimizin 2024-cü il buraxılış məzunları və müəllim kollektivi iştirak etmişdir.
Naxçıvan Muxtar Respublukasının 100 illik yubileyinə həsr olunmuş “İlk yardım”
22 may 2024-cü il tarixdə Naxçıvan Tibb Kollecində Naxçıvan Muxtar Respublukasının 100 illik yubileyinə həsr olunmuş “İlk yardım” tədbiri keçirilmişdir.Tədbirdə kollecin direktoru Sona Məmmədova çıxış etmiş, vaxtında və düzgün göstərilən ilk yardımın önəmini vurğulamışdır. Sonra tələbələrimiz ürəyin qapali masaji və suni tənəffüs,İlan və həşərat sancmaları, sınıq, çıxıq, burxulma qanaxmalar, asfiksiya, suda batma, anaflaktik şok, zəhərlənmələr, uzunmüddətli sıxılma sindiromu ( kraş), eplepsiya, bayılma hipo və hiper qlikemik komalar, günvurma, donvurma, yanıqlar, botilizm və tetanus, tiraj mövzuları haqqında ilk tibbi yardımı göstərmişdirlər.
Heydər Əliyev və Yaşıl dünya
24 may 2024-cü il tarixlərində Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikasıda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”elan olunması ilə əlaqədar “Heydər Əliyev və Yaşıl dünya”adlı tədbir keçirilmişdir
Milli Fəaliyyət Proqramının icra vəziyyəti
27 may 2024-cü il tarixlərində Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikasi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə daxil olan sənədə əsasən Naxçıvan Tibb Kollecində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icra vəziyyəti“ mövzusunda tədbir keçirilmişdir.
“COP 29 – iqlim dəyişiklikləri”
17 may 2024-cü il tarixdə Naxçıvan Tibb Kollecində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP 29 , Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı Sazişinin qarşıya qoyduğu məsələlərin müzakirəsindən irəli gələn marifləndirmə məqsədi çərçivəsində “COP 29 – iqlim dəyişiklikləri” mözusunda tədbir keçirilmişdir.Tədbirdə kollecin direktoru Sona Məmmədova çıxış etmişdir.
”Naxçıvan ədəbi mühitindən Hüseyn Cavid”
17 may 2024-cü il tarixdə Naxçıvan Tibb Kollecində Naxçıvan Muxtar Respublukasının 100 illik yubileyinə həsr olunmuş ”Naxçıvan ədəbi mühitindən Hüseyn Cavid” mövzusunda tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq Naxçıvan Muxtar Respublukasının 100 illik yubileyinin geniş şəkildə keçirilməsinin önəmindən , muxtar respublikanın tarixindən danışmışdır.Sona kollecin kitabxana müdiri Leyla Əliyeva “Hüseyin Cavid yaradıcılığının gənc nəsilə tövhəsi ” mövzusunda çıxış etmişdir.Daha sonra kollecin tələbələri Rəhimov Fərid, Haqverdiyeva Dərya, Mənsumov Rüfət, Bədəlov Hüseyin,Həsənova Zəhra, Əsədli Finarə,Quliyev Emin, Hüseynova Xəyalə dramaturqun yaradıcılığından danışmış “İblis” əsərindən və “Azər” poemasından parçalar səsləndirmişdirlər
Təcrübə dərsimizdən
8 İdman və müalicə masajı qrupunun İnsanın normal anatomiya və fiziologiyası təcrübə dərsi
"Sağlam bir gələcək naminə narkotikə yox deyək"
15 may 2024-cü il tarixdə Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təstiq edilmiş “Narkotik vastələrin,psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində maarifləndirici tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açmışdır. Sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğununəisi,baş ədliyyə müşaviri Faiq Səfərov ,Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin Narkologiya şöbəsinin müdiri,həkim –narkoloq Azad Şükürlü və kollecin direktoru Sona həkim çıxış etmişdirlər
“Yaşıl dünya naminə həmrəylik ili”
1 may 2024-cü il tarixdə Naxçıvan Azərbaycan Respublikasının 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar Naxçıvan Tibb Kollecində tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki,son illər planetimizdə baş verən təbii fəlakətlər, qlobal istiləşmə, daşqınlar, torpaq sürüşmələri və digər kataklizmlər hamını narahat etməkdədir.Ətraf mühitin saflaşdırılmasında, mühafizəsində meşələrin, yaşıllıqların rolu ölçüyəgəlməz dərəcədə böyükdür. Hazırda bu mühüm məsələ ilə bağlı respublikamızda ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsi mövcud problemlərin həllində mühüm stimuldur. Təbiətin mühafizəsinin gücləndirilməsində, bununla bağlı maarifləndirmə işinin genişləndirilməsində yer verməliyik.
Sonra kollecin tələbələri Haqverdiyeva Dərya, Əsədli Finarə, Həsənova Zəhra, İsmayılova Gülsüm “Yaşıl gələcək bizdən sonrakı nəsillərə verəcəyimiz ən dəyərli mirasdır” adlı çıxışlarını səsləndirmişdilər.
“Gənclərin internetdəki təhlükələr barədə məlumatlandirilmasi”
26 aprel 2024-cü il tarixdə Naxçıvan Tibb Kollecinin təşilkatçılığı ilə Naxcıvan MR.Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi əməkdaşları ilə birgə “Azərbaycan Respublikasının İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın tədbirlər planına əsasən “Gənclərin internetdəki təhlükələr barədə məlumatlandirilmasi” mövzusunda marifləndirici tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin direkroru Sona Məmmədova açaraq informasiya təhlükəsizliyinin dövr üçün vacibliyi və əhəmiyyətindən danışmışdır. Daha sonra Naxcıvan MR.Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi Məlumat Hesablama və İnformasiya Texnologiyaları şöbəsi İnformasiya təhlükəsizliyi üzrə aparıcı-məsləhətçi – Sunay Babayev “Gənclərin internetdəki təhlükələr barədə məlumatlandirilmasi” mövzusunda çıxış etmişdir.