Səhiyyə sahəsində ixtisasın yeri: Əczaçı (provizor köməkçisi) apteklərdə , tibbi alətlər, aparatlar və dəzgahlar, sanitariya və gigiyena mağazalarında
nəzarət, analitik laboratoriyalarda, apteklərin anbarlarında işləmək üçün hazırlanır.
“Əcazçılıq işi” ixtisasının məzunları aşağıdakıları bilməli və bacarmalıdır.
· Dərman preparatlarının fiziki və kimyəvi xüsusiyyətləri
· Dərman preparatlarının təyinatını və onların insan orqanizminə təsirini
· Tibbi malların assortimentini, dərman texnologiyasının nəzəri əsaslarını
· Reseptlərin qəbul və buraxılma qaydasını
· Apteklərdə olan kiçik mexanizasiyaların, aparat və qurğuların qurğuların quruluşunu və onlardan istifadə qaydasını
· Dərmanların xarab olma əlamətlərini, onları aşkar etməyi və qarşısını almağı
· Dərmanların saxlanma şərtlərini
· Aptek işinin təşkilində bütün əsas qanun təlimatlarını
· Təxirəsalınmaz vəziyyətlərdə həkimə qədər yardımın göstərilməsini
· Aptekə daxil olan reseptlərin oxunmasını
· Resept üzrə paroşokların, sulu məhlulların, liniment və məlhəmlərin, inyeksiya məhlullarının, göz dərmanlarının və.s hazırlanmasını
· Zəhərli və güclü təsiredici maddələrin, narkotik maddələrin dozlarının düzgün yazılmasını, DF-sı üzrə yoxlamağı
· Dərman maddələrinin sterilizə üsullarını, avtoklavlardan istifadə etməyi
· İnyeksiya dərmanlarının hazırlanmasında istifadə olunan stabilizatorlardan istifadə etməyi
· Apteklərdə istifadə olunan aparatları işlətməyi