Səhiyyə sahəsində ixtisasın yeri: Feldşer-laborant bütün növ laborator müayinələri yerinə yetirmək üçün şəhər və kənd müalicə -profilaktika
müəssisələrinin, həmçinin tibbi elmi-tədqiqat instutlarını laboratoriyalarında və ixtisaslaşmış tibbi laboratoriyalarda, kliniki biokimyəvi, bakteroloji və
seroloji laboratoriyalarda laborant vəzifəsində işləmək üçün hazırlanır.
“Laboratoriya diaqnostika” ixtisasının məzunları aşağıdakıları bilməli və bacarmalıdır.
· Tibb bacısı işinin nəzəri əsaslarını
· Tibbi etika və deontologiyanın əsasları
· Tibbi sənədlərin tərtib olunmasını
· Laborator sənədlərinin və müayinə blanklarının doldurulmasını
· Təhlükəzislik texnikasının qaydalarını
· Yeni laborator müayinə üsullarını
· Laborator daxili və laboratoriyalar arası keyfiyyət nəzarətini
· Antropometrik ölçmələrin aparılmasını
· Xəstələrə qulluğun ümumi prinsiplərini
· Laborator cihazları ilə işləməyi
· Laborator qabları kimyəvi təmiz yumağı, sterilləşdirməyi
· Dezinfeksiyaedici məhlulları hazırlamağı
· İşlədilən materialı, ləvazimatı zərərsizləşdirməyi
· Laborator və instrumental müayinələrin aparılmasının ümumi prinsiplərini, müayinələrə xəstələrin hazırlanması və müayinə üçün materialların (qan,
əsnəkdən yaxma, bəlğəm, sidik, nəcis) düzgün götürülməsini