Naxçıvan Tibb Kollecində Naxçıvan MR Səhiyyə Nazirliyinin göstərişi ilə 15.09.2010-cu il tarixdən etibarən “Təkmilləşmə Kursu” təşkil olunmuşdur. Təkmilləşmə kurslarında “Feldşer” , “ Mamalıq”, “ Tibb bacısı”, “ Tibbi laboratoriya”, “Tibbi qeydiyyatçı”, “Tibbi profilaktika işi” , “Vaksinator”, “Sterilizator”, “Fizioterapiya” ixtisasları üzrə kurslar fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasında Naxçıvan şəhər, Ordubad, Culfa, Şərur, Sədərək, Şahbuz, Kəngərli və Babək rayonlarından olan tibb işçiləri təkmilləşdirmə kurslarında dinləyici kimi iştirak edir . Tibbin müasir yenilikləri ilə tanış olur, kursun sonunda isə imtahan verərək sertifikat diplomu ilə təltif olunurlar.
Təkmilləşmə Kurslarının müdavimləri Naxçıvan Tibb Kolleci ilə yanaşı bazamız olan Naxçıvan MR Diaqnostika Müalicə Mərkəzi, Naxçıvan MR Respublika Xəstəxanası, Akademik Zərifə Xanım Əliyeva adına Naxçıvan şəhər Polinklinikası, Əziz Əliyev adına Naxçıvan MRMərkəzi Uşaq Xəstəxanası, Naxçıvan MR Doğum Mərkəzində kurs keçirlər.
15.09.2010-cu il tarixdən indiyədək 959 tibb işçisi “Təkmilləşmə kursu”-nda iştirak etmiş və sertifikat diplomu almışdır. Təkmilləşmə kursunun təşkil edilməsində əsas məqsəd tibb işçilərini tibbi yeniliklərlə tanış etmək, tibbi bilik səviyyəsini yüksəltmək, sanitar maarif işini, əhalinin sağlamlıq və tibbi mədəniyyət səviyyəsini gücləndirməkdən ibarətdir.