Ortopedik stomatologiya

Səhiyyə  sahəsində  ixtisasın  yeri:  Ortopedik stomatologiya şöbəsinin məzunları stomatoloji müəssisələrin diş protezləri laboratoriyalarında  işləmək üçün

hazırlanır

 “Ortopedik stomatologiya” ixtisasının məzunları aşağıdakıları  bilməli və bacarmalıdır.

·    Tibbi etika və deontologiyanın əsas prinsipləri.

·    Geniş yayılmış xəstəliklərin müalicəsində işlədilən əsas dərman preparatlarını

·    Əhaliyə ortopedik - stomatoloji yardımın prinsiplərini

·    Çeynəmə aparatının quruluşu və funksiyasının əsaslarını

·    Stomatoloji xəstəliklər və materiallar haqqında məlumatı

·    Diş texniki laboratoriyalarında peşə zərərlərinin aradan qaldırılması üçün   istehsalatın təşkilini, təhlükəsizlik texnikalarını və əməyin mühafizəsini

·    Alətlərə və avadanlıqlara xidmətin qaydalarını

·    Diş protezləri texnikasında farfor və metal keramika haqqında əsas məlumatı

·    Diş sırasının deffekti zamanı çıxan protezlərin fiksasiya prinsiplərini

·    Qapaqların, ştifli dişlərin hazırlanma texnologiyasını

·    Bügel protezlərin hazırlanma texnikasını

·    Yüksək qiymətli ərintilərin  və diş texnikliyi laboratoriyasında materialların alınmasını

·    Antropometrik ölçülərin aparılmasını

·    Təxirəsalınmaz vəziyyətlərdə həkiməqədər ilkin yardımın göstərilməsini

 

Bizi sosial şəbəkələrdə izləyin