20 Yanvar Qan Yaddaşımız

 

Tədbiri giriş sözü ilə kollecin direktoru Sona həkim açaraq bildirmişdir ki,Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.Həmin faciəli günlərdə öz ölkəsinin,xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.     1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.

        Daha sonra kollec tələbələrinin hazırladığı çıxışlar və söylədikləri şerlər dinlənildı.20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş videoçarxa baxış oldu.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fiziki imkanları məhdud şəxslərlə görüş

 

 

 

 

 

 

 

 

 

 

İstedadlı sağlamlıq imkanları məhdud şəxslərin iştirakı ilə oktyabr ayının 27-də Naxçıvan Tibb Kollecində baş tutub. İstedadı ilə fərqlənən sağlamlıq imkanları məhdud şəxslər – Nail Hacıyev və Xanım Qurbanovanın kollecdə təhsil alan 100 nəfərədək gənclə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan, Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova muxtar respublikada təhsil müəssisələrinin fəaliyyəti üçün yaradılan şəraitdən söz açıb, tələbələrin iştirakı ilə keçirilən sosial tədbirlərin əhəmiyyətini qeyd edib. Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Naib Əlizadə isə sağlamlıq imkanları məhdud şəxslərin yaradıcılıq əzminin stimullaşdırılması istiqamətində Nazirlik tərəfindən görülən işlərdən danışıb, görüşün məzmununa dair iştirakçılara məlumat verib.

Tədbirin davamında, Nail Hacıyev və Xanım Qurbanova sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətdəki rolu və istedadlarının üzə çıxarılmasına dair çıxışlar edib, uğur hekayələrinə dair təcrübələrini gənclərlə bölüşüblər. Motivasiya əhəmiyyətli görüş zamanı slaydlardan istifadə olunub, tələbələrin fərdi inkişaf və müvafiq kateqoriyadan olan şəxslərlə sosial münasibətlərinə dair sualları cavablandırılıb.

Qəbulda tələb olunan sənədlər

Naxçıvan Tibb Kollecinə qəbul olan tələbələr aşağıdakı sənədləri təqdim etməlidir:

  1. Şəxsiyyət vəsiqəsinin əsli və sürəti
  2. Təhsil haqqında sənədin(Atestat) əsli
  3. Tibbi yoxlama arayış şəkilli
  4. Yaşayış yerindən arayış
  5. 2 ədəd 3x4 şəkil
  6. Sənədlərin qəbulunda Naxçıvan Tibb Kollecinin geyim formasının(qız tələbələr üçün) alınması haqqında sənədin olması vacibdir

Təhsil haqqından azad olan tələbələrin tələb olunan sənədləri:

  1. Tələbənin doğum haqqında şəhadətnaməsi:
  2. Valideyinin əlillik sənədi  və şəxsiyyət vəsiqəsı
  3. Valideyinlərin ölüm haqqında şəhadətnaməsi
  4. Himayədarın şəxsiyyət vəsiqəsı

Elektron xidmətlərin tətbiqinin genişləndirilməsinin əhəmiyyəti

      25 may 2022-ci il tarixdə Naxçıvan Tibb Kollecində “Elektron xidmətlərin tətbiqinin genişləndirilməsinin  əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə kollecin mühasibi Tahir Əliyev çıxış edərək bildirmişdir.Nağdsız ödənişlər nağd pul nişanlarından istifadə etmədən, pul vəsaitlərini bir bang hesabından digər bang hesabına köçürülməsi vasitəsilə həyata keçirilən hesablaşmadır. Nağdsız hesablaşmaların ödəniş kartları,bang köçürmələri,çerklər və.s kimi müxtəlif növləri mövcuddur.Ödəniş kartları ödəniş kartı malların işlərin xidmətlərin dəyərinin ödənilməsi və nağd pulların əldə olunması üçün ödəniş alətidir. Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxarır. Bu da öz növbəsində, vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma şərait yaradır.

26 may ilk tibbi yardim tədbiri

  26 may 2022-ci il tarixidə Naxçivan Tibb Kollecində fövqəladə hallar zamanı ilk tibbi yardım tədbiri keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona  Məmmədova açaraq bildirmişdir. Fövqəladə hallar zamanı  hadisə yerində bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür.İstənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisə və qəfil xəstələnmə vəziyyətlərində tibb işçisi zərərçəkmişlərə ilk yardım göstərməyi bacarmalıdır. Özünü itirmək və bacarıqsızlıq zədələnənlərin vəziyyətini bir qədər də ağırlaşdıra bilər. Ona görə hər kəs həkim gələnə qədər ilk yardım göstərmək qaydalarını öyrənməli və bilməlidir.İlk yardım göstərərkən hadisə yerini diqqətlə nəzərdən keçirmək, şəraiti qiymətləndirmək və elə etmək lazımdır ki, yardım edən özü də zərərli təsirə məruz qalmasın . Zərərçəkmişi düşdüyü əlverişsiz şəraitdən elə ehtiyatla çıxarmaq lazımdır ki, o əlavə travma almasın. Tibb kollecində təhsil alan hər bir tələbə ilk yardımı mükəmməl bilməli , fövqəladə hal zamanı ətrafdakı kütləni düzgün məlumatlandırmalı və yönləndirməlidir.

Fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılması

18 may 2022-ci il tarixdə Naxçıvan Tibb Kollecində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiyə işinin təşkilı şöbəsinin əhalinin mülki müdafiyə  və fövqəladə hallara hazırliq bölməsinin mülki müdafiə qövvələrinin hazırlığı üzrə baş məsləhətçiləri Azadə Cəfərova və Afaq Alməmmədova “Fövqəladə halların tibbi-sanitar nəticəsinin aradan qaldırılmasında sanitar drujinaların rolu”  mövzusnda marifləndirici tədbir keçirilmişdir.

Multikultural təhlükəsizliyin ümumi mahiyyəti

 

Tədbirdə kollecin kitabxana müdiri Əliyeva Leyla çıxış edərək bildirmişdir.Multikultural  təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların etnik qrupların mədəni dəyərlərini qoruması deməkdir. Multikultural  təhlükəsizliyin prinsiplərdən  biri ölkədə yaşayan bütün xalqların etnik qrupların mədəni dəyərlərin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsidir. Azərbaycan Respublikasında multikultural ənənələrin qorunması sahəsində görülən işlərlə bağlı gənc nəslin məlumatlandırılması, gənclərdə xalqlararası,  dinlərarası, qarşılıqlı hörmət və etimat münasibətlərinin yaranması təbliği və təşkil olunması öhtəmizə düşən əsas vəzifələrdəndir.

C.Məmmədquluzadənin "Hekayələr"kitabının müzakirəsi

17 may 2022-ci il tarixində Naxçıvan Tibb Kollecinində  oxunması zəruri olan kitablar siyahısından Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabının müzakirəsi və dramaturqun yaradıcılığndan bəhs edən tədbirir keçirilmişdir.Tədbirdə kollecin direktoru  Sona Məmmədova  giriş sözü ilə çıxış edərək bildirmişdir ki,Naxçıvan torpağının yetişdirdiyi böyük şəxsiyyətlərdən biri olan  C.Məmmədquluzadə ədəbiyyat və jurnalistikamızda misilsiz xidmətlər göstərmişdir.O yaradıcılığı dövründə nadanlığa. geriliyə, cəhalətə qarşı mübarizə aparmış, insanları mariflənməyə səsləmişdir.

          Sonra kollecinin müəllimi Babayeva Pakizə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında çıxış edərək bildirmişdir. Xalqın formalaşmasında müstəsna rolu olan Cəlil Məmmədquluzadənin yaradıcılığı gələn hər yeni nəsil üçün azərbaycançılıq, müstəqillik, millilik və vətəndaşlıq tərbiyyəsi məktəbidir. Cəlil Məmmədquluzadə əlinə qələm alan gündən bütün qayəsi xalqnın mariflənməsi olub.  Ona görə deyib ki: “Oxumaq işıq oxumamaq qaranlıqdır” Yazar  bütün  fəaliyyətini işığa doğru yönəldib.Qədim Naxçıvana, böyük  Azərbaycana, bütün şərq dünyasına qələminin işığı ilə nur yayıb.

    Daha sonra kollecinin tələbələri Novruzova Fəxriyyə  “Cəlil Məmmədquluzadənin publisistikası”, Səlimova Çinarə “Cəlil Məmmədquluzadənin şerləri”, Həsənova Nəcibə      “Cəlil Məmmədquluzadənin dramaturgiyası”, Cəmiyeva Əsmər “Cəlil Məmmədquluzadənin nəsr əsərləri” mövzularında çıxış etmişdilər.Tədbirin sonunda “Poçt qutusu” qısametrajlı filmi nümaiş olunmuşdur.

Kollecdə nümunəvi dərs

Azərbaycan Respublikası Təhsil Nazirliyi Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin Naxçıvan Tibb Kolleci ilə 2022-ci ildə birlikdə keçirilməsi nəzərdə tutulan tədbirlər planına əsasən 6 may 2022-ci il tarixdə Naxçıvan Tibb Kollecində Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin Ümumi Təbabət və Kliniki Fənlər kafedrasının müdiri tibb üzrə fəlsəfə doktoru dossent Gültəkin Əliyeva “Çoxdöllü hamiləlik” mövzusunda mühazirə keçmişdir.Tədris diskusya şəklində olmuş, tələbələrin sualları cavablandırılmışdır.

 

İLK YARDIM SEMİNARI

5-29 aprel 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Tibb Kollecinin  tələbələrindən ibaarət “İlk yardım könüllüləri” Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərində şagirdlərə hər hansı bədbəxt hadisə və ya həyat üçün təhlükə yaradan vəziyyətlərdə ( qanaxmalar,siniq-çixiqlar, burxulmalar, ürəyin qapali masaji, suni tənəffüsün verilməsi, suda boğulma, dəm qazından zəhərlənmə, donvurma, elektirikvurma, günvurma, qapalı məkanda istivurma, kimyəvi və termiki yanıqlar, eplepsiya tutmaları.asfiksiya, həşərat və ilan sancması) həyat xilas etmək və ya vəziyyətin dahada pisləşməsinin qarşısını almaq üçün göstəriləcək ixtisaslı həkim yardımına qədərki ilk yardım qaydalarından bəhs edən təlimlər keçməkdədir.

        Bu günə qədər Naxçıvan şəhər  1,2,3,4.5,6,7,8,9,10,11,12,13,14,15,16 Heydər Əliyev adına tam orta məktəb,Naxçıvan Qızlar Liseyi,Naxçivan Qarnizonu tam orta məktəbı, Şərur şəhər 1 və 2 № -li nömrəli tam orta məktəb, Babək qəsəbə 1 və 2 № -li nömrəli tam orta məktəb, Ordubad şəhər  3 № -li nömrəli  və İnternat məktəbi, Culfa şəhər 2 və 3 № -li nömrəli tam orta məktəb, Qıvraq qəsəbə tam orta məktəbi, Xök kənd tam orta məktəbi, Şahbuz şəhər 1 və 2 № -li nömrəli tam orta məktəb,Sədərək kənd 1 və 2 № -li nömrəli tam orta məktəblərdə tədbirlər keçirmişdir .Tədbirlərə şagirdlərdə cəlb olunmuş,fəal şagirdlər mükafatlandırılmışdır.

Təlim rəsmlərinə baxmaq üçün fotoqalereyaya girin.

Bizi sosial şəbəkələrdə izləyin