Oftolmoloq Zərifə xanım Əliyeva

Tədbirdə Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova çıxış edərək bildirib ki, Zərifə Əliyeva hər şeydən əvvəl nəcib insan, qayğıkeş həkim idi. O, qısa, lakin şərəfli ömrünü faydalı işlərə sərf edib. Zərifə xanımın həyatda ən böyük arzusu insan sağlamlığını qorumaq, xəstələrinə işıq, sevinc bəxş etmək idi. O, həmkarları ilə birlikdə ağır faciəyə səbəb olan traxoma xəstəliyinə qarşı mübarizə aparırdı. Zərifə Əliyeva ciddi elmi tədqiqatları, apardığı mürəkkəb cərrahiyyə əməliyyatları, müalicə işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də uğurla davam etdirirdi. O, gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin hazırlanmasında, peşəkar elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir.

Sonra kollecin müəllimi Babayeva Pakizə Zərifə Əliyevanin şərəfli ömür yolundan danışmışdır.

Talasemiyya 2022

Tədbirdə Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova çıxış edərək bildirib ki, Talassemiyanın müalicə və profilaktikası üzrə Tədbirlər Proqramı təsdiq edilib. Bu Tədbirlər Proqramı talassemiyalı xəstələr üçün tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstə uşaqların doğulmasının qarşısının alınmasına yönəlib. Naxçıvan Muxtar Respublikasında da Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hematologiya şöbəsində talassemiyadan əziyyət çəkən uşaqların müalicəsi üçün lazımi işlər görülüb talassemiyalı xəstələrin müalicəsi gündüz stasionarı şəraitində həyata keçirilir. Gündüz stasionarlarında əsasən xəstələrə qan köçürülür. Xəstələrin digər müalicəsi əsasən evdə, həkimlərin təyinatı üzrə aparılır. Həmin şöbə ən yeni avadanlıqlarla təmin edilib. Xəstəxananın tərkibində Qan Bankı xəstələr üçün donor qanının tədarükü ilə məşğuldur. Xəstəliyin profilaktikası üçün cəmiyyətin talassemiya haqqında kifayət qədər məlumatı olmalıdır. Bu məqsədlə populyar buklet, tövsiyə və digər sanitar-maarifi materialları hazırlanaraq əhali arasında paylanmalı, qəzet və jurnallarda müntəzəm məqalələr nəşr olunmalı, ekran və efir xəstəlik barədə söhbətlər aparılmalıdır. Hər şeydən əvvəl, gənclər, xüsusilə subaylar evlənmə ərəfəsində talassemiya geninə görə  yoxlanılmalı və beləliklə, talassemiya geni daşıyan iki şəxsin evlənməsinin və bununla da əhali arasında həm gen daşıyıcılarının çoxalmasının və həm də xəstə uşaq doğulmasının qarşısı alınar.

          Sonra kollecin müəllimi Baxşəliyeva Arzu Talasemiya xəstəliyi haqqında geniş məlumat vermiş, xəstəliyin genetikasından danışmışdır.

 

Qılınc və qələm romanının müzakirəsi

Tədbirdə Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova çıxış edərək oxunması zəruri olan kitablar siyahısından M.S.Ordubadinin “Qılınc və qələm” romanının gənclərə tövsiyyə olunmasının  əhəmiyyətindən danışaraq bildirmişdir.       

Ədəbiyyat tariximizin görkəmli simalarından olan M.S.Ordubadi ədəbiyyatın bütün növlərində yazıb -yaratsa da, romanları ilə daha böyük şöhrət qazanmışdır.Onun tarixi romanlarının sonuncusu “Qılınc və qələm”dir. Bu roman Azərbaycan tarixində Nizami dövrünün ədəbi səlnaməsidir.Böyük şair və mütəfəkkir bu əsəri təkcə Nizami Gəncəvi həyatını əks etdirən roman kimi deyil, dövrün içtimai təzadlarını geniş epik lövhələrlə canlandıran misilsiz sənət nümunəsi kimi yaratmışdır.

Sonra Tədbirdə Naxçıvan Tibb Kollecinin Kitabxana müdiri Əliyeva Leyla çıxış edərək bildirmişdir ki, romanda qılıncla qələmin, ağılla gücün ittifaqından söz açılır. Nizaminin dili ilə deyilən” Biliksiz və siyası düşüncəsi olmayan adamların silahları da qələbə qazana bilməz qəhrəmanlıq yalnız silah deyil, bilik də tələb edir” sözləri müəllifin qayəsini məlandırır. M.S.Ordubadı bu romanla qılıncın məhsuliyyətini və şərəfini qələmin qüdrəti ilə isbat etmişdir.Böyük sənətkarlıqla yazılmış bu möhtəşəm bədii əsər Azərbaycan ədəbiyyatında tarixi roman janrının zirvəsində dayanır.

Azərbaycanda multikulturalizm

     Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq  bildirmişdir. Azərbaycan “tolerant ölkədən tolerant dünyaya doğru ”şuarının reallaşdırılmasını özünün hədəfi kimi müəyyənləşdirib. Həm buna tarixi-mənəvi haqqı olması, həm beynəlxalq nüfuzu, həm də gələcəyə yönəlik planları  nöqteyi-nəzərindən  Azərbaycanın qarşısına  belə bir məqsət  qoyması təbii və zəruri prosesdir.

    Eyni zamanda Azərbaycan höküməti tolerantlıq, multikulturalizm,  dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirib.

      Azərbaycan Respublikasında  multikultural ənənələrin qorunması sahəsində görülən işlərlə bağlı gənc nəslin məlumatlandırılması , gənclərdə xalqarası , dinlərarası, qarşılıqlı hörmət və ehtimad münasibətlərinin yaranmasının təbliğinin  təşkil olunması əsas vəzifələrdəndir.

      Tolerantlıq hüquqi dövlətin yox, mədəni və mənəvi cəhətdən inkişaf etmiş cəmiyyətin məhsuludur. Bu gün azərbaycanı və azərbaycanlıları  fərqləndirən xüsusiyyətlər məhz budur.

Sonra kollecin müəllimi Səfərova Nigar “Azərbaycanda  multikulturalizm” mövzusunda çıxış etmişdir.

Mütaliyə Günü tədbiri

“Mütaliyə Günü” ilə əlaqədar 08 aprel 2022-ci il tarixində Naxçıvan Tibb Kollecində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları “Kitab bəşər mədəniyyətinin ən böyük kəşfidir” mövzusunda tədbir keçirmişlər.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq buildirmişdir. Yaradıcı fəaliyyət göstərən, elmiı, mütaliyəyə üstünlük verən insanların sayı çox olduqca, cəmiyyət daha da inkişaf etmiş olur və bu da cəmiyyətin maariflənməsinə, müasirləşməsinə, inkişafına birbaşa təsir edir.Hər bir insan mütaliyə etdikcə qazandığı biliklərdən lazımi vaxtda, tələb olunan yerdə cəmiyyətə faydalı olmaqda istifadə edərsə, zaman keçdikcə müasir cəmiyyətin formalaşmasının şahidi olar,öyrəndiklərindən mənəvi qazanc götürərək cəmiyyətin fərqli fərdinə çevrilər.Hərtərəfli inkişaf kitablarla davamlı ünsiyyət, mütaliyənin daha çox insanı əhatə etməsi ilə mümkündür.

Sonra  M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova mütaliliyənin önəm və əhəmiyyətindən bəhs etmiş. Gənclər arasında bu cur tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır.Daha sonra kitabxana əməkdaşları Aytən Məmmədova “Kitab ən yaxın dostumuzdur” və Xurşud Budaqova isə “Kitab nəsildən-nəsilə ötürülən əmanətdir” mövzusunda  çıxışlar etmişlər.

Talasemiya 2022

Tədbirdə kollecin direktoru Sona Məmmədova çıxış edərək bildirmişdir ki, hər il aprelin 17-si Ümumdünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə Ümumdünya Hemofiliya Günü kimi qeyd edilir.Hemofiliya valideynlərin genləri ilə ötürülən nadir anadangəlmə xəstəlikdir. Bu xəstəliyə başqalarından yoluxma mümkün deyil. Hemofiliyalı xəstələrin qanında laxtalanma faktoru çatışmadığından onlarda qanaxma sağlam insanlara nisbətən daha uzun müddət davam edir. Hemofiliyaya bəzən ailələrində bu xəstəlik olmayan insanlarda da rast gəlinir. Bu zaman xəstəliyə insanın öz genlərindəki dəyişikliklər səbəb olur. Hemofiliya ilə yalnız kişilər xəstələnir, genin ötürücüləri isə qüsurlu genin daşıyıcısı qadınlar olur.

Qeyd edək ki, Ümumdünya Hemofiliya günü Ümumdünya Səhiyyə Təşkilatının və Ümumdünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə təsis olunub. Bu günün qeyd olunmasında məqsəd hemofiliyadan əziyyət çəkən insanların hər gün üzləşdiyi problemlərə dünya ictimaiyyətinin, siyasətçilərin və səhiyyə işçilərinin diqqətini cəlb etmək, bu barədə onların məlumatını artırmaqdır.Hemofiliya gününün tarixi də təsadüfən seçilməyib. Belə ki, Ümumdünya Hemofiliya Federasiyasını yaratmış Frenk Şnaybelə hörmət əlaməti olaraq, onun ad günü – aprelin 17-si Ümumdünya Hemofiliya günü kimi qeyd edilir.

Bir sözlə, Azərbaycanda və Muxtar Respublikada  hemofiliyalı xəstələr dövlət qayğısı ilə əhatə olunmuşlar. Problemə dövlət səviyyəsində həssas münasibət və xüsusi diqqət vardır. Qətiyyətlə söyləmək olar ki, bu sahə ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər əhalinin daha sağlam gələcəyinə hesablanmışdır.

Sonra Sona həkim slaytlarla çıxış edərək xəstəlik haqqıda geniş məlumat vermişdir.

Planetimiz, sağlamlığımız

    Tədbirdə kollecin direktoru Sona Məmmədova giriş sözü ilə çıxış edərək bildirmişdir ki, Ümumdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığın qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir. 1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir. Həmin gün ictimaiyyətin diqqəti Dünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunur və müxtəlif şüarlar altında keçirilir: "Fəallıq uzun ömür yaşamağa aparan yoldur", "Hamiləlik həyatda xüsusi hadisədir. Onu təhlükəsiz edək", " Sağlamlığı iqlim dəyişikliklərindən qoruyaq", "1000 şəhər – 1000 həyat" və s. olub. Qeyd edək ki, 2014- cü ildə həmin gün “Kiçik sancma böyük təhlükə mənbəyidir”, 2015-ci ildə ”Qida məhsullarının təhlükəsizliyi”, 2016-cı ildə “Diabetə qalib gələk”, “Depressiya: gəlin danışaq” şüarları altında keçirilib.   Bu ilki Sağlamlıq Günü  2022-ci il aprelin 7-də Ümumdünya Sağlamlıq Günü ÜST-nin təşəbbüsü ilə “Planetimiz, sağlamlığımız” devizi altında keçirilir. Ümumdünya Sağlamlıq Günü muxtar respublikamızda da qeyd olunur. Muxtar Respublikanın fəxr etdiyi sosial sahələrdən biri də onun qabaqcıl səhiyyəsidir. Muxtar respublika əhalisinə xəstəxanalar, mərkəzlər, dispanserlər, poliklinikalar, ambulatoriyalar, feldşer-mama məntəqələri tərəfindən vaxtında və ixtisaslaşmış tibbi xidmət göstərilir. Bu gün muxtar respublika səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Belə ki,  səhiyyə sistemindəki köklü dəyişikliklər göz önündədir. Muxtar respublikanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan muxtar respublika rəhbərliyinin diqqət və qayğısı ilə müasir tibb müəssisələri tikilib istifadəyə verilir, köhnə tibb ocaqları yenidən bərpa olunur, onların maddi-texniki bazası yenilənir, səhiyyə sistemi dünyanın ən müasir tibbi texnika və avadanlıqları ilə təmin olunur. İxtisaslı kadrların hazırlanması, əhali arasında yoluxucu xəstəliklərin profilaktikası, ana və uşaqların, ahıl vətəndaşların mühafizəsi prioritet məsələyə çevrilmişdir.

            Sonra kollecin müəllimi Səfərova Nigar sağlamlıq gününün mahiyyət və önəmi haqqında geniş məlumat vermişdir.

31 Mart Soyqırımı Günü

Tədbiri ilk öncə kollecin direktoru Sona Məmmədova giriş sözü ilə açaraq bildirmişdir. Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi. Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan  çar Rusiyası ermənilərdən  vasitə kimi istifadə edir və  Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirir. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda — Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdur. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı  vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur. 1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir.

Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli  3587 nömrəli Sərəncam imzalanmışdır. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”. Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır. Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.

Daha sonra kollecin tələbələri Qurbanova Türkay, Tağıyeva Aytac, Rzayev Bəşir hazırladıqları “Azərbaycanlıların soyqırımı həqiqətləri” adlı çıxışlarını səsləndirdilər.

 

 

 

24 mart Vərəm Günü

 

Tədbirdə kollecin direktoru Sona Məmmədova çıxış edərək bildirmişdir ki, cəmiyyətdə vərəm xəstəliyinə və vərəmlə xəstələnənlərə münasibətin pis olması, insanlarda bu xəstəlik və onun müalicə edilərək tam sağala bilməsi haqqında yetərli məlumatın olmaması səbəbindən bəzən vərəmin diaqnostikası çox gecikir, ya da xəstələr qeydiyyata düşməkdən və müalicədən yayınır. Ancaq bilmək lazımdır ki, vərəmlə hər bir kəs ömrünün istənilən dövründə xəstələnə bilər. Əbəs yerə deyilməyibdir ki, vərəm elə xəstəlikdir ki, əvvəlcədən öz vizit kartını heç kəsə göndərmir. Döğrudur vərəmlə xəstələnməyə görə risk qruplarından olan, yəni, şəkərli diabet olan, hormonal preparatlar qəbul edənlər, qidalanması, yaşayış şəraiti yaxşı olmayanlar və s. şəxslər bu xəstəliyə daha çox tutulur. Ona görə də bu qrupdan olan insanlar vərəmin heç bir əlaməti müşahidə edilməsə də ildə 1-2 dəfə bu xəstəliyə görə profilaktik müayinədən keçməlidirlər. Amma hər kəs vərəmlə xəstələnə bilər. Vərəmlə xəstələnməmək üçün normal qidalanmaq, düzgün gün rejiminə əməl etmək, idmanla məşğul olmaq, immuniteti zəiflədən faktorlardan və zərərli vərdişlərdən uzaq olmaq lazımdır.

          Daha sonra kollecin müəllimi Abdullayeva Dezdemona vərəm xəstəliyinin etiologiyası, klinikası, profilaktikası və mantu sınağının qoyulma qaydası haqqında məlumat vermişdir.

Nağdsız ödənişlərin üstünlükləri

Tədbirdə Naxçıvan Tibb Kollecinin mühasibi Tahir Əliyev çıxış edərək bildirmişdir ki,

Nağdsız ödənişlər nağd pul nişanlarından istifadə etmədən,pul vəsaitlərini bir bang hesabından digər bang hesabına köçürülməsi vasitəsilə həyata keçirilən hesablaşmadır. Nağdsız hesablaşmaların ödəniş kartları,bang köçürmələri,çerklər və.s kimi müxtəlif növləri mövcuddur. Ödəniş kartları ödəniş kartı malların işlərin xidmətlərin dəyərinin ödənilməsi və nağd pulların əldə olunması üçün ödəniş alətidir.Respublikamızda 4,5 milyona yaxın ödəniş kartı istifadə olunur

Elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, Dövlət-vətəndaş münasibətlərinin müasir əsaslar üzərində qurulması, rəqəmsal iqtisadiyyatın formalaşdırılması kimi məsələlər ölkəmizdə aktuallıq kəsb etməkdədir. Muxtar respublikada da rəqəmsal ödəniş infrastrukturunun inkişaf etdirilməsi, yeni xidmətlərin tətbiqi və əhatə dairəsinin genişləndirilməsi diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 avqust 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın da əsas məqsədi əhali, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş imkanlarının daha da genişləndirilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsidir.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlər muxtar respublikada nağd dövriyyənin həcminin minimuma endirilməsi və nağdsız ödəniş mühitinin genişləndirilməsi üçün yeni imkanlar yaradır Nağdsız ödənişlərin həcminin artırılması ölkəmizdə azad ticarətin inkişafına, daha ədələtli bir biznes mühitinin yaranmasına, saxta pulların aradan qaldırılmasına, xəzinə gəlirlərinin artmasına, vergi toplanması sisteminin təkmilləşdirilməsinə, eyni zamanda bu sahədə ola biləcək korrupsiya hallarının minimuma endirilməsinə töhfə verər.

Tədbirin sonunda slaytlarla tələbələrə təhsil haqlarının və kredit borclarının hökümət ödəniş portal vasitəsilə ödənilməsi  qaydaları izah olunmuşdur.

Bizi sosial şəbəkələrdə izləyin