Akademik Zərifə Əliyeva

26.04.2019-cu ildə Naxçıvan Tibb Kollecində  Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurası   Akademik Zərifə Əliyevanın 96-cı ildönümünə həsr olunmuş konfrans keçirildi.  

Konfransı  giriş sözü ilə açan  Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi Yazgül Rzayeva  “Akademik Zərifə xanım Əliyevanın həyatı və yaradıcılığı” haqqında geniş nitq söyləmişdir. Bildirmişdir ki, “İdeal qadın, mehriban ana, sadiq həyat yoldaşı olan və bəşəriyyətə öz sənəti  və  nurlu əməlləri ilə işıqlı bir gələcək bəxş edən Zərifə xanım Əliyevanın anadan olmasının 96-ci il dönümü ilə əlaqədar olaraq toplaşdıqlarını və bu zərif insanın həyatından və elmi uğurlarından geniş söhbət açmışdır.

Yeni Azərbaycan Partiyası  Naxçıvan Şəhər Təşkilatı Tibb Kolleci ərazi ilk təşkilatının sədri Leyla Vəliyeva “Böyük ana haqqında düşüncələr “ mövzusunda çıxış etmişdir. O çıxışında qeyd etmişdir ki, Zərifə xanım Əliyevanın timsalında ilk öncə ideal qadın və əsl Azərbaycan xanımı obrazı canlanır. Hesab edirəm k, i Zərifə xanım Əliyevanın keçdiyi həyat yolu bizim gənc xanımlarımızın həyatının formalaşması baxımından parlaq nümunədir.

Əziz Əliyeva  adına Republika  Uşaq xəstəxanasının oftalmoloqu Kəmalə Əliyeva “ Akademik Zərifə xanım Əliyeva Elmi və ictimai fəaliyyəti ” mövzusunda çıxış etdi. Bildirdi ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi oftalmologiyanın müxtəlif elmi sahələri üzrə apardığı tədqiqatlar, qazandığı naliyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan Tibb  elminin parlaq bir səhifəsini təşkil edir. Onun Azərbaycanın Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi onun elmi xidmətlərinin vətənə qanuni təsdiqi olunmuşdur. Onun əsərlərində “Göz yaşının axmasınınn fiziologiyası” ,” Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri” , “Gözün hidrodinamik sisteminin anatomik – fizioloji təbiəti” və.s  bəhs olunur.

Naxçıvan Dövlət Universiteti tibb fakültəsinin V kurs tələbəsi Bənövşə Qasımova  “Akademik Zərifə xanım Əliyevanın Pedaqoji Fəaliyyəti” haqqında çıxş etdi. Çıxışında Zərifə xanımın Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun göz xəstəlikləri kafedrasının professoru vəzifəsinə seçilməsi ilə pedaqoji fəaliyyətinin genişləndirilməsi, həmçinin praktik səhiyyə üçün kadr hazırlığına  və həkimlərin ixtisasının artırılmasına ürəkdən səy göstərməsindən danışdı.

Bizi sosial şəbəkələrdə izləyin