Əli və Nino əsərinin müzakirəsi

26.11.2019-cu il tarixdə  Naxçıvan Tibb Kollecində  M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları ilə kollecin tələbələri arasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə  “Oxunması zəruri olan kitablar”ın siyahısına salınmış Qurban Səidin  “Əli və Nino”  romanının müzakirəsi olmuşdur.

Tədbiri kollecin direktoru S.Məmmədova giriş sözü ilə açaraq bu kitabın müzakirəsinin tələbələr üçün əhəmiyyətli olduğunu  bildirmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova çıxış edərək bildirmişdir ki,  klassik Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələrindən olan bu əsər ilk dəfə 1937-ci ildə  Avstriyada  nəşr olunub. Əsər nəşr olunduqdan qısa müddət sonra   böyük oxucu  kütləsi qazanıb və  dövrümüzədək öz aktuallığını  itirməyib. Vurğulanıb ki, Azərbaycan tarixinin ən mühüm dövrlərini əhatə edən  bu roman hər biz azərbaycanlıda vətən sevgisi, vətənə bağlılıq hissləri  oyadır. Əsər 1914-1920-ci illərdə Bakıda baş verən hadisələri tam dolğunluğu ilə əks etdirir.

Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının  proqramçısı Aytən Məmmədova “Qurban Səidin  həyat və  yaradıcılığı”  və həmin kitabxananın elmi katibi Günay Kəngərli “Əli və Nino əsərinin sujet xətti” mövzusunda çıxış etmişlər.

       Sonra kollecin tələbəsi Günay Zeniyeva  əsər haqqında çıxış edərək bildirmişdir ki, romanda Azərbaycanın müstəqillik uğrunda verdiyi mübarizənin çətinliyindən bəhs olunur.  Obrazlar çox çətin həyat keçirir. Yazıçı vətənimizin düşmən işğalına məruz qaldığını, necə ağrılı-acılı günlər keçirdiyini axıcı bir dillə oxucuya təqdim edir.

    Sonda tələbələrin sualları cavablandırıb.

 

Bizi sosial şəbəkələrdə izləyin