Məlumatlandırıcı tədbir

     10 dekabr 2019-cu il tarixdə Naxçıvan Tibb Kollecində  Naxçıvan Dövlət Uşaq Teatrının direktoru Tofiq Seyidov və Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif  Seyidov kollecin tələbələri ilə məlumatlandırıcı  tədbir keçirmişdir. Tədbir Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə keçiriləcək “Naxçıvandan Dünyaya”  sosial çarx və qısa filmlər müsabiqəsi ilə bağlı keçirilmişdir. Tələbələr müsabiqəyə təqdim ediləcək sosial çarxların və qısa filmlərin mövzusu və müsabiqənin şərtləri ilə tanış edilmişlər.Qeyd olunmuşdur ki,  müsabiqəyə  təqdim ediləcək sosial çarxların və qısa filmlərin məzmunu aşağıdakılardır:

  1. Naxçıvan diyarının yetişdirdiyi tarixi şəxsiyyətlərin, sənətkarların həyatı və onların yaradıcılığı;
  2. Xalq yaradıcılığı - əcdadlarımızın yaradıcılıq irsi;
  3. “Musiqi ruhun qidasıdır”;
  4. “Qüvvət elmdədir”;
  5. “Sevgi dünyanı xilas edəcək”;
  6. Müasir Naxçıvanın inkişafında gənclərin rolu;
  7. Qədim diyar Naxçıvanın müasirləşən gəncliyi;
  8. Cəmiyyət və din. Tolerantlıq;
  9. Yüksək mənəvi-əxlaqi dəyərlər;
  10. Vətənə məhəbbət;
  11. Nuhçıxandan –Naxçıvana tarix və müasirlik

     Həmin sosial çarx  və filmlər müsabiqəyə  15.11.2019-30.01.2019 tarixədək təqdim olunmalıdır. Qaliblərin mükafatlandırılması 11 fevral 2020-ci il tarixdə keçiriləcəkdir.

          Diskusiya şəklində keçirilmiş tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Bizi sosial şəbəkələrdə izləyin