Xocalı faciəsi

     26.02.2020-ci il tarixdə Naxçıvan Tibb Kollecində Xocalı soyqrımına həsr  olunmuş tədbir keçirilmiş, və soyqrım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

     Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki,   Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının haqqında qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."

 

    O həmçinin bildirmişdir  ki, 1992-ci ilin 25-dən  26-na keçən fevral gecəsi Ermənistan Silahlı qüvvələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırım törətmişlər. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırım XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulmuşdur. Soyqırım nəticəsində yüzlərlə xocalılı sakinləri həlak olmuşdur. Yüzlərlə insan yaralanmış, xəsarət almış, şikəst olmuş, əsir düşmüşdür. . Onlar respublikamızın ərazi bütövlüyü yolunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır. Onların faciəli surətdə şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir.
   Sonra  Naxçıvan Tibb Kollecinin  müəllimləri  Rəna Vəliyeva “Azərbaycan tarixinin qara səhifəsi -Xocalı faciəsi” , Pakizə Babayeva ”Xocalı faciyəsini   unutmayaq !”
mövzusunda  çıxış etmiş, kollecin tələbəsi Dövlətova Xədicə  ”Xocalı” şeirini səsləndirmişdir.
Tədbir sonunda tələbələr və müəllimlər  tələbələrin əl işlərindən hazırlanmış sərgiyə baxmışlar.

 

 

 

 

 

Bizi sosial şəbəkələrdə izləyin