2019/2020-ci tədris ili II yarısının yekun hesabat iclası

   

28.07.2020-ci il tarixdə Naxçıvan Tibb Kollecində Naxçıvan Tibb Kollecinin 2019/2020-ci tədris ili II yarısının yekun hesabat iclası keçirilmişdir. İclasda  giriş sözü  ilə çıxış edən kollecin direktoru Sona Məmmədova bildirmişdir ki, elmə, təhsilə dövlət qayğısının təməlini qoymuş ümumilli liderimizin  şərəfli yolu bu gün muxtar respublika rəhbərliyi tərəfindən uğurla davam etdirilir.  Həyata keçirilən dövlət proqramları çərçivəsində muxtar respublikada ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənmiş, təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılmışdır.  Muxtar  respublikada yeni məktəblərin tikintisi, onların maddi-texniki  bazasının möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin artırılması, yüksək bal toplayan,    ali  və orta ixtisas təhsil  müəssisələrinə   qəbul  olan  şagirdlərin  sayının artması,  ali və orta ixtisas təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, təhsil sahəsinin prioritet istiqamət elan edilməsi, muxtar  respublikada təhsil  həyatının  yüksəlişi   muxtar  respublika rəhbərliyinin  çoxcəhətli fəaliyyətinin nəticəsidir.  

      Qeyd edilmişdir  ki, dövlət tərəfindən kollecə göstərilən diqqət və qayğının nəticəsidir ki, son iyirmi ildə kollecdə orta ixtisaslı kadrların hazırlanması artıq 8 ixtisas üzrə aparılır. 

     O, bildirmişdir ki, Naxçıvan Tibb Kollecinin pedoqoji kollektivi bundan sonrada verilmiş tapşırıqları rəhbər tutaraq tədrisin keyfiyyətinə nəzarəti gücləndirməli, fənn laboratoriyalarından və informasiya texnologiyalarından səmərəli istifadə olunmalıdır. Bədən tərbiyəsi dərsləri keyfiyyətlə keçirilməli, Azərbaycan tarixi və mədəniyyətilə bağlı dərslərin təşkilində muzeylərlə əlaqədən səmərəli istifadə olunmalıdır. Tədris və istehsalat təcrübələrinin keçirilməsində bazalardan səmərəli istifadə etməklə tibb müəssisələrinə ixtisaslı kadrlar hazırlamalı,  əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltmək məqsədilə  ixtisasartırma  kurslarının  aparılmasına diqqət artırımalıdır.  Kollecdə sanitar –gigiyenik qaydalara əməl edilməli, yerli məhsulların satılmasına üstünlük verilməlidir, əmək intizamı diqqətdə saxlanmalı, müəllimllərin dərsə hazırlıq vəziyyətinə, tələbələrin dərsə davamiyyətinə və geyim formasına ciddi nəzarət edilməli, kitabxananın işi günün tələbləri səviyyəsində aparılmalı, kollecin maddi-texniki bazası qorunmalı və ondan səmərəli istifadə olunmalıdır.Məqsədimiz yüksək ixtisaslı, yüksək ixtisaslı, peşəkar,  insanların sağlamlığının keşiyində layiqincə dayanan, vicdanlı və məsuliyyətli kadrlar hazırlamaqdır.

      Sonra Tibb bacısı işi, Əczaçılıq işi, Hərbi feldşer, İdman və müalicə massajı işi şöbəsinin müdiri Quliyeva Sahibə və Müalicə işi, Mamalıq işi, Ortopedik Stomatologiya işi, Laboratoriya diaqnostikası  şöbəsinin müdiri Məmmədova Vəfa yekun hesabatla çıxış etmişlər.

 

 

 

 

Bizi sosial şəbəkələrdə izləyin