Mini futbol

     Bu gün muxtar respublikada cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da  öz çiçəklənmə dövrünü yaşayır. Muxtar respublikada yaradılan müasir idman infrastrukturu, inşa edilən obyektlər dünya standartlarına uyğunlaşdırılır. Turizm infrastrukturunun yaradılması dövlətin bu sahənin inkişafına xüsusi diqqət və qayğısının göstəricisidir.  

      Uşaqlar və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişaf sisteminin formalaşdırılması, təkmilləşdirilməsi, məktəbəqədər yaşlı uşaqların, ümumtəhsil məktəbi şagirdlərinin və tələbələrin fiziki tərbiyə sisteminin inkişaf etdirilməsi, yaşayış yerlərində bədən tərbiyəsi və idman işinin təşkili, əhalinin bədən tərbiyəsi, sağlamlıq və idmanyönümlü məşğələlərə cəlb olunması və digər məsələlər bu sahədə muxtar respublika rəhbərliyinin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Bu gün muxtar respublikada gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi, vətənpərvərlik ruhunda yetişməsi muxtar respublika rəhbərliyinin əsas prioritetlərindəndir. Təbii ki, bu istiqamətdə idmanın rolu danılmazdır. İnsanların asudə vaxtının səmərəli təşkili, uşaq və gənclərin sağlam ruhda tərbiyə alması  üçün hər cür şərait yaradılıb. İdman və bədən tərbiyəsinin kütləviləşməsində klubların, idman məktəblərinin rolunu xüsusi qeyd etmək lazımdır.

      Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramıˮnın təsdiq edilməsi haqqında 14 fevral 2020-ci il tarixli 459-05/S saylı Sərəncamında verilmiş tapşırıqların icrası ilə əlaqədar 07.05.2021-ci il tarixdə Uşaq Gənclər İdman Məktəbi ilə Naxçıvan Tibb Kollecinin komandaları  arasında mini futbol üzrə yoldaşlıq görüşü keçirilmişdir.

Bizi sosial şəbəkələrdə izləyin