İlk tibbi yardım

   

Naxçıvan Tibb Kollecində 01.06.2021-ci il tarixdə  “Sağlam gələcək” devizi altında “İlk tibbi yardım” təlimi keçirilib. Təlimdə giriş sözü ilə çıxış edən kollecin direktoru S.Məmmədova tədbirin məqsədi haqqında məlumat verərək qeyd etmişdir ki, fəlakət zamanı hər hansı zədə almış və ya qəfildən xəstələnmiş bir şəxsin həyatını qurtarmaq üçün həkiməqədər ilk tibbi yardım çox vacib və əhəmiyyətli məsələdir. Yalnız tibb işçilərinin deyil, hər kəsin ilkin tibb yardım haqqında məlumatı olmalıdır. Həyata keçirilən bu tədbir bədbəxt hadisələr zamanı həkimə qədər necə yardım edilməsini göstərir, tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradır, eyni zamanda onlara böyük stimul verir. Tələbələrin tədbir zamanı ilk tibbi yardım göstərilməsinə dair əldə etdikləri faydalı məlumatlar və praktik biliklər gələcəkdə onlara zərərçəkənlərə yardımçı olmaqda kömək edəcək. Bu tədbirin tələbələr üçün uğurlu bir layihə olduğunu qeyd edən S.Məmmədova tədbir iştirakçılarına uğurlar arzu edib.

       Tədbir zamanı aşağıda qeyd olunan mövzularla bağlı nəzəri və təcrübi biliklər verilib:

  Tibbi yardım ardıcıllığının müəyyənləşdirilməsi (qan dövranı, nəfəs yolu, tənəffüs)

  Huşsuz insana yardım. Xəstəyə ilk yardım vəziyyətinin tətbiqi

  Ürək-ağciyər reanimasiyası

  Qanaxmalar zamanı yardım

  Sadə sarğıların tətbiqi

  Kimyəvi yanıqlar zamanı yardım

  Xəstəliklərin və kəskin tibbi vəziyyətin ilkin müalicəsi

  Qida zəhərlənmələri zamanı yardım

  Boğulma, cərəyanvurma zamanı yardım

  Şok, hipotermiya və günvurma zamanı yardım

  İlan, həşərat və heyvan dişləmələri zamanı yardım

  Yumşaq toxumaların zədələnməsi. Sınıqlar. Baş və bel sütunu xəsarətləri. Xəsarət almış  

  hissələrin hərəkətsizləşdirilməsi

     Tədbirdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları qonaq qismində iştirak edib.

Bizi sosial şəbəkələrdə izləyin