C.Məmmədquluzadənin "Hekayələr"kitabının müzakirəsi

17 may 2022-ci il tarixində Naxçıvan Tibb Kollecinində  oxunması zəruri olan kitablar siyahısından Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabının müzakirəsi və dramaturqun yaradıcılığndan bəhs edən tədbirir keçirilmişdir.Tədbirdə kollecin direktoru  Sona Məmmədova  giriş sözü ilə çıxış edərək bildirmişdir ki,Naxçıvan torpağının yetişdirdiyi böyük şəxsiyyətlərdən biri olan  C.Məmmədquluzadə ədəbiyyat və jurnalistikamızda misilsiz xidmətlər göstərmişdir.O yaradıcılığı dövründə nadanlığa. geriliyə, cəhalətə qarşı mübarizə aparmış, insanları mariflənməyə səsləmişdir.

          Sonra kollecinin müəllimi Babayeva Pakizə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında çıxış edərək bildirmişdir. Xalqın formalaşmasında müstəsna rolu olan Cəlil Məmmədquluzadənin yaradıcılığı gələn hər yeni nəsil üçün azərbaycançılıq, müstəqillik, millilik və vətəndaşlıq tərbiyyəsi məktəbidir. Cəlil Məmmədquluzadə əlinə qələm alan gündən bütün qayəsi xalqnın mariflənməsi olub.  Ona görə deyib ki: “Oxumaq işıq oxumamaq qaranlıqdır” Yazar  bütün  fəaliyyətini işığa doğru yönəldib.Qədim Naxçıvana, böyük  Azərbaycana, bütün şərq dünyasına qələminin işığı ilə nur yayıb.

    Daha sonra kollecinin tələbələri Novruzova Fəxriyyə  “Cəlil Məmmədquluzadənin publisistikası”, Səlimova Çinarə “Cəlil Məmmədquluzadənin şerləri”, Həsənova Nəcibə      “Cəlil Məmmədquluzadənin dramaturgiyası”, Cəmiyeva Əsmər “Cəlil Məmmədquluzadənin nəsr əsərləri” mövzularında çıxış etmişdilər.Tədbirin sonunda “Poçt qutusu” qısametrajlı filmi nümaiş olunmuşdur.

Bizi sosial şəbəkələrdə izləyin